16:19 29 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MÖVZULAR

Azərbaycanda koronavirus: son xəbərlər

Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il yanvarın 30-dan “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə 27.02.2020-ci ildə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Martın 14-dən Azərbaycanda sosial izolyasiya tədbirlərinə start verilib, martın 24-dən isə xüsusi karantin rejiminə keçilib. Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.