Təyyarə qəzasında ölən azərbaycanlıların adları açıqlanıb. Məlumatı həyatlarını itirən ekipaj üzvlərinin yaxınları veriblər. Siyahı hələlik Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiqlənməyib.
Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsi olub.