16:09 22 Yanvar 2017
Canlı yayım
Vladimir Putin - Rusiya prezidenti

Vladimir Putin: Rusiya fövqəldövlət olmağa iddia etmir

RİA Novosti
MÖVZULAR
Qısa URL
11 0 0

Rusiya prezidenti xarici siyasətdə aqressiv olmadıqlarını deyib

BAKI, 19 iyul — Sputnik. Rusiya xarici siyasətdə özünü aqressiv aparmır, sadəcə ardıcıl olaraq əzmlə maraqlarını müdafiə edir.

Sputnik-in xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin bu gün Sankt Peterburqda keçirilən Dünya İqtisadi Forumunun plenar iclasında belə deyib. 

“Biz özümüzü  aqressiv aparmırıq. Biz öz maraqlarımızı daha əzmlə və davamlı şəkildə müdafiə etməyə başlamışıq. Biz demək olar ki, uzun müddət — onilliklər boyu sakit dayanmışdıq və əməkdaşlığın müxtəlif elementlərini təklif edirdik, lakin tədricən bizi sıxışdıra-sıxışdıra elə bir xəttə çatdırdılar ki, biz artıq ondan o tərəfə keçə bilmərik”- deyə  prezident Putin bildirib.  

Rusiya prezidenti əlavə edib ki, "dünyanın yenidən qurulması ilə məşğul olmağa ehtiyac yoxdur, sadəcə birgə işləmək, digərlərinə hörmətlə yanaşmaq, ümumi problemlərin həlli yollarını tapmaq lazımdır. Rusiya hər-hansı hegemonluğa iddialı deyil, o hansısa xəyali fövqəldövlət statusa malik olmağa da iddia etmir."

Əsas mövzular

  • Küləkli hava

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir

    26
  • Səyyar balıq satıcıları

    Balıqsatan: "Bəzən deyirlər xaricdən dollarla almırsınız ki, niyə baha satırsınız. Daha demirlər ki, hər şeyin qiyməti qalxıb, bu əziyyətlə qazandığımız pulla marketdən heç nə ala bilmirik"

    66
  • Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığındakı Örənqala ərazisi

    Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır

    2490