02:34 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
Hi-Tech
Qısa URL
3325 0 0

Təcavüzkarlar insanların heç bir əziyyət çəkmədən öz cüzdanlarını doldurmaq istəyindən tez-tez sui-istifadə edirlər.

BAKI, 14 sentyabr — Sputnik. Mətbuatda yayılan məlumatlara görə, sosial şəbəkələrdə, xüsusilə "Instagram" platformasında istifadəçiyə mesaj göndərərək onun daha əvvəl iştirak etdiyi "giveaway" kampaniyasında qalib olması və uduşun çatdırılması üçün bank hesabına ödəniş etməsi barədə məlumatlandıran saxta səhifələr meydana çıxır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, internetdəki bu cür fırıldaq sxemlərindən qorunmaq üçün "Kaspersky"-dən bildirilir ki, "Skam" – istifadəçiyə səxavətli pul mükafatları təklif edən onlayn fırıldaqçılıq üsuludur. Pulu əldə etmək üçün kiçik bir komissiya ödənişi istənilir. Komissiya təcavüzkarlara çatır, qurban isə əliboş qalır. Əgər istifadəçi ödəniş üçün kart məlumatlarını daxil edirsə, bu zaman təhlükəsizliyi də riskə atmış olur:

"Təcavüzkarlar insanların heç bir əziyyət çəkmədən öz cüzdanlarını doldurmaq istəyindən tez-tez sui-istifadə edirlər. "Skamer"in ilkin hədəfi potensial qurbanda maraq oyatmaq və onu çaşdırmaqdır. "Skamer"in istəyi odur ki, istifadəçidən kiçik məbləğdə pul vəsaiti tələb olunan mərhələdə qurban hipnoz olunmuş olsun və ödənişdən imtina etməsin".

"Kaspersky"-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyir ki, komissiya ödənişi haqqında istək dərhal meydana çıxmır, o istifadəçi artıq qazandığı pulları hara xərcləyəcəyi barədə düşünməyə başladığı mərhələdə meydana çıxır: "Skam" böyük şirkətlər tərəfindən keçirilən sorğu və ya aksiyalar şəklində görünür.

Bundan başqa, "skamer"lər məşhurların keçirdiyi lotereyaların uduşsuz oxşarını yaradırlar. Hazırda "skamer"lər elektron poçtla yanaşı, sosial şəbəkələr, video xidmətlər, bloqlar və s. kimi digər platformalardan da istifadə edirlər".

"Kaspersky" əsas təhlükəsizlik qaydalarını xatırladır:

məktublar, messencer ismarışları və SMS-lərdəki şübhəli linkləri açmayın;

əgər bu və ya digər aksiyada iştirak etmək istəyirsinizsə, öncə mütləq bu aksiyanın həqiqətən də hər hansı şirkət və ya məşhurun keçirdiyini yoxlayın: bunu rəsmi saytda və rəsmi sosial şəbəkə hesablarında öyrənə bilərsiniz;

aktual fişinq və spam saytları bazasına malik etibarlı qoruma həlli quraşdırın;

yadınızda saxlayın, əgər təklif gerçək olmaq üçün həddən artıq cəlbedicidirsə, o, çox güman ki saxtadır.

Həmçinin oxuyun:

* "Microsoft Exchange Server"ə hücumlar artıb - Xəbərdarlıq

Azərbaycanda uşaqlar əsasən hansı saytlara daxil olurlar – Araşdırma

Əsas mövzular