CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Smartfon batareyalarını ən çox boşaldan mobil tətbiqlər hansılardır?

© Pexels rawpixel.comƏldə telefon, arxiv şəkli
Əldə telefon, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Daha çox enerji sərfiyyatı tələb edən ilk 20 proqramdan altısı sosial şəbəkə mobil tətbiqləridir. Məlumatda deyilir ki, "Facebook", "Instagram", "Snapchat", "Youtube", "WhatsApp" və "LinkedIn" proqramları fon rejimində 11 funksiyanı işə salır.

BAKI, 27 may — Sputnik. Ekspertlərin fikrincə, bəzi mobil tətbiqlərin işi həm smartfonların batareyalarının daha tez boşalmasına, həm də operativ yaddaşın böyük həcminin istifadə olunmasına gətirir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, həmin mobil tətbiqlərin işi ümumilikdə cihazın məhsuldarlığının azalmasına gətirir.

"pCloud" şirkətinin mütəxəssisləri batareyaları daha çox boşaldan mobil tətbiqləri müəyyən edərək smartfon istifadəçilərinə onlardan istifadə etməməyi məsləhət görüblər.

Belə ki, ən çox enerji sərf edən tətbiqlərin ilk beşliyinə "Skype" və "Uber" kimi tətbiqlər düşüb. Bu mobil tətbiqlər batareyanın 87% ehtiyatını sərf edə bilər. Məşhur "Facebook" tətbiqi isə batareyanın 82%-ni "udmağa" qadirdir.

Bu qəbildən olan tətbiqlərin ilk onluğuna həmçinin "Instagram" və "Tinder", habelə apartament kirayəsi xidməti "Airbnb" də daxil edilib.

"WhatsApp", "YouTube", "Telegram" və "Zoom" kimi mobil tətbiqlər bir qədər daha az enerji sərf edir. Onlar smartfon batareyasının 77%-ni sərf edir.

Telefonların akkumulyatorunu ən çox boşaldan mobil tətbiq isə "Fibit fitnes" proqramıdır — 92%.

"pCloud" ekspertləri qeyd edirlər ki, ümumilikdə daha çox enerji sərfiyyatı tələb edən ilk 20 proqramdan altısı sosial şəbəkə mobil tətbiqləridir. Məlumatda deyilir ki, "Facebook", "Instagram", "Snapchat", "Youtube", "WhatsApp" və "LinkedIn" proqramları fon rejimində 11 funksiyanı işə salırlar ki, bunlara da fotoşəkil, Wi-Fi, telefonun olduğu yerin müəyyən edilməsi və mikrofon da daxildir.

Eləcə də oxuyun:

  • Əhaliyə növbəti "fişinq" hücumları barədə xəbərdarlıq

  • "Google" öz prosessorunu buraxacaq

  • LG artıq mobil telefon istehsal etməyəcək

  • Rəqəmsal demensiya: uşaq ayları da unudur, saatdan da baş çıxara bilmir

Xəbər lenti
0