CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Whatsapp"da təhlükə: ehtiyatlı olun, sizə "xoşbəxtlik məktubu" gələ bilər

© AFP 2023 / INDRANIL MUKHERJEEПриложение WhatsApp на экране телефона, фото из архива
Приложение WhatsApp на экране телефона, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
"Whatsapp"ın yeni addımından sonra messencer istifadəçiləri, xüsusən də pensiyaçılar mayın 15-dən etibarən "Whatsapp"ın pullu olacağı barədə xəbərdarlıq məktubları almağa başlayıblar.

BAKI, 16 may — Sputnik. Fırıldaqçılar "Whatsapp"ın konfidensiallıq siyasətinin dəyişməsindən istifadə edərək şəbəkə istifadəçilərinə "xoşbəxtlik məktubları" göndərməyə başlayıblar. Həmin məktublarda bildirilir ki, onların şərtlərinə əməl edən istifadəçilər üçün dəyişiklikdən sonra da messencer xidməti pulsuz olacaq. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.

Qeyd edək ki, mayın 15-dən etibarən "Whatsapp"da yeni konfidensiallıq qaydaları qüvvəyə minib. Belə ki, istifadəçilərin hesab-qeydiyyat, tranzaksiya məlumatları, istifadə olunan mobil cihazlar, IP ünvanlar haqqında bütün informasiya əsas şirkət olan "Facebook"a ötürüləcək.

Yeni istifadəçi müqaviləsini qəbul etməyənlərin hesab dərhal silinməsə də, onlar yalnız daxil olan zəngləri qəbuil edə və bildiriş ala biləcəklər. Mesajları oxumaq və göndərmək isə mümkün olmayacaq.

"Whatsapp"ın bu addımından sonra messencer istifadəçiləri, xüsusən də pensiyaçılar mayın 15-dən etibarən "Whatsapp"ın pullu olacağı barədə xəbərdarlıq məktubları almağa başlayıblar. Xəbərdarlıqda bildirilir ki, bunun baş verməməsi üçün onlara göndərilmiş "xoşbəxtlik məktubu"nu kontaktdakı 10 nəfərə yollamaq tələb olunur. Bir SMS-in qiyməti isə 0,01 avrodur.

"Beləliklə, biz sizin aktiv istifadəçi olduğunuzu görəcəyik və loqotipiniz göy rəng alacaq, xidmət isə pulsuz qalacaq. Əks halda, "Whatsapp" hesabınızı deaktiv edəcək", – deyə məlumatda bildirilir.

"Buna "xoşbəxtlik məktubları" deyilir – bir növ beyin tələsidir. Fırıldaqçıların məqsədi bu və ya digər məlumatları insanlar arasında kütləvi şəkildə yaymaqdır. Bunlar təhlükəli məzmunlu məlumatlar, hətta viruslar da ola bilər", – deyə Rusiyanın "SafeNet" mühəndislik mərkəzinin mütəxəssisi İqor Bederov RİA Novosti-yə müsahibəsində bildirib.

Mütəxəssis istifadəçiləri bu cür məktublara ciddi yanaşmamağa və reaksiya verməməyə çağırıb.

Eləcə də oxuyun: 

"Whatsapp"a tamam, yoxsa davam - sosial şəbəkəyə hansı məlumatlarımız lazımdır?

"WhatsApp"-da dəyişikliklər: sms-lərlə bağlı yeniliklər

Azərbaycanlılar daha çox "Whatsapp"da zaman keçirirlər - Araşdırma

Xəbər lenti
0