10:41 06 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0403
  • RUB0.0227
Hi-Tech
Qısa URL
175 0 0

2013-cü ildə dünyanın ən böyük üçüncü telefon istehsalçısı olan şirkət Çinin mobil telefon firmaları bazara daxil olandan sonra zərərə uğramağa başlayıb.

BAKI, 5 aprel - Sputnik. Cənubi Koreyanın "LG Electronics" şirkəti mobil telefon istehsalına son qoymaq qərarına gəlib. Şirkət bu addımı sözügedən markaya məxsus mobil telefonların satılmaması səbəbindən atıb. Halbuki 2013-cü ildə LG şirkəti dünyanın ən böyük üçüncü telefon istehsalçısı idi. Ancaq Çinin mobil telefon şirkətləri bazar daxil olandan sonra LG zərərə uğramağa başlayıb. Beləliklə, smartfon istehsalı sahəsində dünyada ən nəhəng şirkətlərdən biri olan LG rəqabətə davam gətirməyərək bazardan çəkilib.

Türkiyənin NTV kanalının məlumatına görə, "LG Electronics" artıq bir müddət idi ki, mobil telefon istehsal edən qolunu satmağa çalışırdı, ancaq alıcı tapa bilmədiyindən həmin istehsal xəttini tamamilə bağlamağa qərar verib. Məlumatda şirkətin mobil telefon qolunun 2015-ci ildən bu günə kimi 4,5 milyon zərərə uğradığı da qeyd olunur. Odur ki şirkət sözügedən istehsal xəttini bağlayaraq bundan sonra ev alətləri və televizor istehsalına üstünlük verəcək.

Əsas mövzular