12:38 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0446
  • RUB0.0221
Hi-Tech
Qısa URL
31 0 0

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur "Dünya beşdən böyükdür" ifadəsi bir azdan yeni məna kəsb edəcək.

BAKI, 28 fevral - Sputnik. Türkiyə Prezidenti yanında Rəqəmsal Dəyişiklik İdarəsinin rəhbəri Ali Taha Koç, texnologiya sahəsində dünya nəhəngləri olan  şirkətlərə alternativlərin ortaya çıxarılmasını hədəflədiklərini bildirib. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Google, Facebook, Amazon, Microsoft, Apple şirkətlərinin texnologiya sahəsindəki gücünə qarşı "yerli və milli" alternativləein çıxarılmasını istədiklərini deyən Koç vurğulayıb:

"Möhtərəm Prezidentimiz həmişə deyir ki, "dünya beşdən böyükdür". Mən də rəqəmsal anlamda ona oxşar fikri deyirəm: Dünya GAFAM-dan büyüktür. GAFAM, yəni, Google, Apple, Facebook, Amazon, Microsoft. Google, bizim bütün axtarış sistemlərimizi bilir. Apple həm kompüterimizi, həm də telefonumuzu bilir. Biometrik məlumatlarımızdan başqa barmaq izlərimizi də götürüb. Facebook, kimi sevib-sevmədiyimizi, nə yeyib-içdiyimizi belə bilir. Amazon, necə alış-veriş etdiyimizi, hansı filmləri izlədiyimizi, nəyi xoşlayıb-xoşlamadığımızı bilir. Microsoft, istifadə etdiyimiz bütün əməliyyat sistemlərimiz barədə məlumatlara malikdir".

Koç, "bu şirkətlər bu qədər çox məlumata malik olduğu halda sizin müstəqillik və demokratiyadan danışmağınız bir az çətindir. Çünki bu beş korporasiya sizinlə bağlı bir çox dövlətin bildiyi məlumatdan daha artığını bilir. Əgər bu korporasiyalar əllərindəki bütün məlumatları bir-biriləri ilə paylaşsalar halımız pis olacaq. Bu prizmadan baxıldığında məlumat təhlükəsizliyi bizim sərhədlərimizin təhlükəsizliyi qədər önəmli və əhəmiyyətlidir", deyə bəyan edib.

Əsas mövzular