CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İllinoys sakinləri məhkəmədə Facebook-dan 650 milyon dollar uddular

© AFP 2023 / JOSH EDELSONИконка "like" перед корпоративным офисом Facebook в Менло Парке, фото из архива
Иконка like перед корпоративным офисом Facebook в Менло Парке, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.02.2021
Abunə olmaq
Facebook əvvəl kollektiv iddianın yoluna qoyulması üçün 550 milyon dollar təklif etmiş, ancaq San-Fransisko dairə məhkəməsi bu məbləğin kifayət qədər olmayacağını bildirmişdi

BAKI, 27 fevral — Sputnik. Kaliforniya məhkəməsi İllinoys ştatı sakinlərinin kollektiv iddiasını təmin etmək üçün Facebook şirkətinin 650 milyon dollarlıq təklifini təsdiqləyib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Chicago Tribune yazır.

Twitter разрешил пользователям делиться твитами в Instagram и Snapchat - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Sosial şəbəkədə yeni funksiya: izləmək üçün pul ödəməlisən

İllinoys ştatının sakinləri 2015-ci ildə məhkəmədə Facebook şirkətinə qarşı iddia qaldıraraq onun üztanıma texnologiyasından istifadə edərək biometrik məlumatları topladığını və bu səbəbdən qanunu pozduğunu demişdilər. Facebook əvvəl kollektiv iddianın yoluna qoyulması üçün 550 milyon dollar təklif etmiş, ancaq San-Fransisko dairə məhkəməsi bu məbləğin kifayət qədər olmayacağını bildirmişdi.

Məhkəmənin qərarına əsasən, ştatın 1.6 milyon sakinindən hər biri kompensasiya qismində şirkətdən ən azı 345 dollar alacaq. Məbləğin bir qismi hüquqşünasın xidmətinin ödənməsinə sərf olunacaq.

Hakim Ceyms Donato bu işi "əlamətdar nəticə" adlandırıb: "Ümumilikdə iddianın təmin olunması rəqəmsal mühitdə hər zaman aktual problem olan şəxsi məlumatların qorunması baxımından istehlakçılar üçün ciddi qələbə deməkdir". 

Bir qədər öncə Facebook-dan bildirilib ki, sosial şəbəkədə üztanıma texnologiyasından avtomatik olaraq istifadə edilməyəcək. Şirkətdən bəyan ediblər ki, istifadəçilərin hər zaman üztanıma texnologiyasından istifadə edib-etməmə kimi seçimi olub, ancaq söz veriblər ki, gələcəkdə bu funksiya ilkin variantda söndürüləcək, istifadəçilər ondan istifadə etmək istəsələr, bunu əyarlarda özləri tənzimləyə biləcəklər.

Xəbər lenti
0