00:58 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
Hi-Tech
Qısa URL
22 0 0

Türkiyənin İstanbul Texnoparkı ilə Azərbaycanın İnnovasiyalar Agentliyi arasında "Yüksək Texnologiyalar sahəsində Əməkdaşlıq" üzrə memorandum Qarabağda

BAKI, 18 fevral - Sputnik. Türkiyənin İstanbul Texnoparkı ilə Azərbaycanın İnnovasiyalar Agentliyi arasında "Yüksək Texnologiyalar sahəsində Əməkdaşlıq" üzrə memorandum imzalanıb.

İnnovasiyalar Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, memorandumda tərəflərin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub.

Əməkdaşlıq çərçivəsində, Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması, gənc mütəxəssislərin yetişdirilməsi, eyni zamanda bilik və təcrübələrin paylaşması məqsədi ilə mütəmadi olaraq inkubasiya və akselerasiya proqramları, texnologiya transferi proqramları həyata keçiriləcək. Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil edilməsi, hər iki ölkədə nümayəndəliklərin və ən əsası isə Qarabağda müştərək yüksək texnologiyalar parklarının yaradılması nəzərdə tutulur.

Əsas mövzular