CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xəbərdarlıq

© Depositphotos.com / Denys PrykhodovДевушка держит смартфон iPhone 6S с WhatsApp на экране
Девушка держит смартфон iPhone 6S с WhatsApp на экране  - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik: "Xahiş edirik tanımadığınız şəxslərdən gələn bu cür mesajlara etimad edib qarşı tərəfə informasiya ötürməyin, fərdi məlumatları təqdim etməyin və bu kimi mesajları ''spam'' olaraq şikayət edin"

BAKI, 10 dekabr — Sputnik. "Ermənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər yaymaqda davam edir. Belə ki, düşmən tərəfi əks təbliğat aparmaq məqsədilə müxtəlif kanallar – "WhatsApp", "Telegram" və digər sosial şəbəkələr üzərindən vətəndaşlarımıza yazaraq özlərini bizdən biri kimi qələmə verir və guya qələbəyə həsr olunmuş film çəkilişində istifadə etmək üçün əldə olan video-görüntülərin təqdim edilməsini istəyirlər. Bunun qarşılığında isə vətəndaşlara müəyyən pul məbləği təklif edilir. Məqsəd Azərbaycan əleyhinə məlumatlar yaymaqla əks təbliğat aparmaqdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.

"Xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara etimad edib qarşı tərəfə informasiya ötürməsinlər, fərdi məlumatlarını təqdim etməsinlər və bu kimi mesajları ''spam'' olaraq şikayət etsinlər, həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və yaxud reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər"- deyə qurum bəyan edib.

Xəbər lenti
0