CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"WhatsApp"dakı mesajlar bir həftə sonra silinəcək

© Depositphotos.com / Denys PrykhodovДевушка держит смартфон iPhone 6S с WhatsApp на экране
Девушка держит смартфон iPhone 6S с WhatsApp на экране  - Sputnik Azərbaycan
Abunə olmaq
İstənilən "WhatsApp Messenger" istifadəçisi həmin funksiyanı aktiv və ya deaktiv edə bilər. Qrup yazışmalarında isə bunu yalnız qrupun administratoru yerinə yetirə bilər

BAKI, 5 noyabr — Sputnik. "WhatsApp Messenger" yeddi gündən sonra itən mesaj rejimini işə salıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə şirkətin bloqunda məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, mesencerdəki mesajlar əksər hallarda telefonda həmişəlik qalır, halbuki göndərilən məlumatların çoxu xüsusi əhəmiyyət daşımır.

Yeni rejim işə salınandan sonra isə çata göndərilən məlumatlar bir həftə sonra silinəcək. İstənilən "WhatsApp Messenger" istifadəçisi həmin funksiyanı aktiv və ya deaktiv edə bilər. Qrup yazışmalarında isə bunu yalnız qrupun administratoru yerinə yetirə bilər.

Xəbər lenti
0