04:50 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
59 0 0

Nazir: "Azərbaycan regionda yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber optik şəbəkənin qurulması üzrə təşəbbüs göstərir".

BAKI, 4 oktyabr — Sputnik. "Ermənistanın son hərbi təxribatları nəticəsində 10-dan çox təhsil ocağı və digər infrastruktur dağıdılaraq zərər görüb. Bu təcavüz nəticəsində həyatını itirən mülki şəxslər arasında bacı-qardaş olmaqla iki şagirdin və 1 yaralı müəllimin olması faktını böyük təəssüflə qeyd edirəm".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu barədə nazir Ramin Quluzadə Elm və Texnologiya Nazirlərinin 17-ci "Dəyirmi masa"sı görüşündə çıxışı zamanı deyib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 50-yə yaxın ölkənin nazirlərinin və rəsmi nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edərək son zamanlar cəbhə xəttində baş verən hadisələr barədə geniş məlumat verib. Nazir bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən 1 milyondan çox azərbaycanlı hələ də qaçqın olaraq qalır.

Nazir hazırda bölgədə bütün sahələrdə olduğu kimi elm və İKT sahəsində də inkişaf üçün təhlükə yaradan erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımların atıldığını vurğulayıb. 

Daha sonra nazir çıxışında koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyini və nəticədə yeni reallıqlar meydana çıxardığını bildirərək bu sahədə ölkəmizdə görülən işlər barədə məlumat verib: “Tərəfimizdən pandemiya zamanı görülən tədbirlər nəticəsində vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya, o cümlədən internet və mobil rabitə xidmətləri ilə artan tələbata uyğun olaraq təmin edildi”.

Nazir əlavə edib ki, pandemiya zamanı təhsil sahəsində distant təhsil texnologiyaları tətbiq olunub: “Bakının bəzi təhsil müəssisələrində istifadəyə verilmiş “Connected Schools” layihəsini həyata keçirdik. Pandemiya zamanı dövlət qurumları və tibb müəssisələri üçün vacib bir vasitə olan video konfrans xidmətlərinin göstərilməsi məqsədilə “Connected Government” reallaşdırıldı”.

Ramin Quluzadə qeyd edib ki, Azərbaycan regionda yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber optik şəbəkənin qurulması üzrə təşəbbüs göstərir.

Əsas mövzular