CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kaliforniya Google əleyhinə araşdırmalara başlayıb

© AFP 2023 / Spencer Platt / Getty ImagesОфис Google в Нью-Йорке, фото из архива
Офис Google в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmanın mahiyyəti açıqlanmasa da, bildirilir ki, o, 48 Amerika ştatının, Puerto-Riko və Kolumbiya dairəsinin baş prokurorluqlarının apardığı reklam bazarının və internet axtarış sistemlərinin inhisarlaşdırılması işi ilə bağlı deyil.

BAKI, 11 iyul — Sputnik. Kaliforniya hakimiyyəti antiinhisar qanunvericiliyi çərçivəsində Google şirkətinə qarşı araşdırmalara başlayıb. Bu barədə Politico nəşri Dövlət Baş Prokurorluğundakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, araşdırma 48 Amerika ştatının, Puerto-Riko və Kolumbiya dairəsinin baş prokurorluqlarının apardığı reklam bazarının və internet axtarış sistemlərinin inhisarlaşdırılması işi ilə bağlı deyil. Beləliklə, şirkətin fəaliyyətini araşdırmayan yeganə ştat Alabamadır.

Hələlik dövlət hakimiyyətinin diqqətini Google-un fəaliyyətinin hansı aspektinin cəlb etdiyi məlum deyil. Kaliforniya Baş prokurorunun nümayəndəsi Ksavye Beserra şərh verməkdən imtina edib. Öz növbəsində, qurumun mətbuat katibi Sara Lovenhaym bildirib ki, prokurorluq istintaqın başlanmasını təsdiq və ya inkar etməyəcək.

Böyük həcmli antiinhisar araşdırmalarla tanınan Kaliforniyanın böyük şirkətlərin fəaliyyətini tənzimləyən öz qanunları var. Xüsusilə, Kartrayt Qanunu və ABŞ-ın Federal Antiinhisar Qanununa nisbətən daha geniş şəkildə şərh edilə bilən Vicdansız rəqabət Qanunu.

Bundan əlavə, önümüzdəki aylarda ABŞ Ədliyyə Nazirliyinin Google şirkətini məhkəməyə verməsi və rəqəmsal texnologiya bazarının inhisara məruz qalması barədə ittiham irəli sürülməsi gözlənilir.

2010-cu illərin əvvəllərində rəqəmsal nəhənglə bağlı araşdırma aparılıb. Sonra ABŞ Federal Ticarət Komissiyası şirkəti Google axtarış mühərriki vasitəsilə öz mallarının satışını təşviq etməkdə günahlandırıb, lakin sonra ittihamlar rədd edilib və cinayət işi bağlanıb.

Daha əvvəl Telegram messencerinin qurucusu Pavel Durov Apple və Google şirkətlərini üçüncü tərəfin inkişafına təzyiq göstərməkdə və bazarı inhisarda saxlamaqda günahlandırıb.

Xəbər lenti
0