01:40 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
13 0 0

"Bir çox şirkətlərdə "Zoom"da söndürülmüş kamera ilə ünsiyyət mədəniyyəti var. Fırıldaqçılar "həmkarlardan" zəng adı ilə bundan istifadə edərək insanları öz tələlərinə salırlar", - Saçkov əlavə edib.

BAKI, 7 iyul — Sputnik. Koronavirus pandemiyası dövründə fırıldaqçılar istifadəçiləri aldatmaq üçün "Zoom" videokonfrans xidmətindən istifadə ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində kiberhücumların qarşısının alınmasında ixtisaslaşan "Group-IB" beynəlxalq şirkətinin baş direktoru və təsisçisi İlya Saçkov bildirib.

"Maraqlı hallar olub ki, kamera söndürülüb, istifadəçi başqa adamla danışdığını başa düşməyib və istifadəçidən gələn məktubu açmaq tələb olunub. Bu rahat vişinq (voice phishing – səsli fişinq) üsuludur, amma Zoom vasitəsilə", - o deyib.

"Bir çox şirkətlərdə "Zoom"da söndürülmüş kamera ilə ünsiyyət mədəniyyəti var. Fırıldaqçılar "həmkarlardan" zəng adı ilə bundan istifadə edərək insanları öz tələlərinə salırlar. Hesab edirəm ki, "Zoom" hakerlər üçün tapıntı olub. İndi bu mövzuda araşdırma aparırıq", - Saçkov əlavə edib.

"Zoom" xidmətinin populyarlığı koronavirus pandemiyası və onlarla ölkənin hökumətləri tərəfindən qəbul edilmiş ciddi özünütəcrid tədbirləri fonunda kəskin şəkildə artıb: ondan artıq 300 milyondan çox insan istifadə edir.

Əsas mövzular