CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cibdə xəbərçi "laboratoriya": koronavirusdan qorunmaqda telefonunuz kömək olacaq

© AFP 2023 / MLADEN ANTONOVЛюди стоят в очереди, фото из архива
Люди стоят в очереди, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi "Play Market" və ya "AppStore" vasitəsilə "E-Təbib" yazaraq smartfonunuza endirə bilərsiniz

BAKI, 18 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ qərargah "E-Təbib" mobil tətbiqini yaradıb. Sputnik Azərbaycan həmin mobil tətbiqlə bağlı məlumatı təqdim edir:

Tətbiqin təsviri

"E-Təbib" - koronavirusun yayılmasını əhəmiyyətli dərəcədə azaltmağa kömək edən mobil tətbiqdir. Bu tətbiq vasitəsilə siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcəksiniz. Əgər təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda), sizə bildiriş göndəriləcək və laboratoriya testinə cəlb olunacaqsınız.

Təcili yardım avtomobili - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda bir nazirliyin 25 əməkdaşı koronavirusa yoluxdu

"E-Təbib" bluetooth əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçilərini izləyir. Həmin səbəbdən, bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər.

Tətbiqin köməyi ilə bir toxunuşla Koronavirus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür.

Tətbiqə necə qoşulmalı?

Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz:

İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi "Play Market" və ya "AppStore" vasitəsilə "E-Təbib" yazaraq smartfonunuza endirin;

Tətbiqi işə salın və mobil telefon nömrənizidaxil edin;

SMS vasitəsilə göndəriləcək təsdiqkodunu müvafiq xanalara daxil edin;

Bluetooth qurğusunu işə salın.

Bəs mənim şəxsi məlumatlarım?

"E-Təbib" tətbiqi mobil telefon nömrənizdən başqa, heç bir şəxsi məlumatınızı toplamır. Hətta iki smartfon arasında mübadilə prosesi şifrələnmiş şəkildə ötürülür.

"E-Təbib" tətbiqini telefonuna quraşdırmış şəxslərin izlənilməməsinə, nömrənin serverdə tam təhlükəsiz saxlanmasına və üçüncü şəxslərə ötürülməməsinə tam zəmanət verir.

Xəbər lenti
0