CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda telekanal müflis oldu

© Sputnik / Murad OrujovМикрофоны с эмблемами азербайджанских телеканалов
Микрофоны с эмблемами азербайджанских телеканалов - Sputnik Azərbaycan
Abunə olmaq
"Lider TV və Radio-Azərbaycan" MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV", həmçinin "Radio Lider" fəaliyyət göstərir

BAKI, 16 iyun — Sputnik. Bakı Kommersiya Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə iddiasına baxılıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hakim İlham Əhmədovun sədrlik etdiyi iclasda iddia təmin edilib.

Qeyd edək ki, "Lider TV və Radio-Azərbaycan" MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.

Xəbər lenti
0