CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda sosial məsafəni qoruyan cihaz – yaxın gəlsəniz siqnal verəcək - FOTO

© Photo : Courtesy of Javid MammadovSumaks şirkətinin rəhbəri Cavid Məmmədov
Sumaks şirkətinin rəhbəri Cavid Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Cihaz dövlət qurumlarında, iaşə obyektlərində, zavodlarda və s. qurumlarda çalışan işçilər üçün nəzərdə tutulur.

BAKI, 18 may — Sputnik. Azərbaycanın "Sumaks" startap şirkəti sosial məsafəni qoruyan cihaz təqdim edib. Bu barədə Sputnik Azərbaycan-a şirkətin rəhbəri Cavid Məmmədov məlumat verib.

© Photo : Courtesy of Javid Mammadov "Sumaks" startap şirkətinin rəhbəri Cavid Məmmədov
Azərbaycanda sosial məsafəni qoruyan cihaz – yaxın gəlsəniz siqnal verəcək - FOTO - Sputnik Azərbaycan
"Sumaks" startap şirkətinin rəhbəri Cavid Məmmədov

O, bildirib ki, cihaz dövlət qurumlarında, iaşə obyektlərində, zavodlarda və s. qurumlarda çalışan işçilər üçün nəzərdə tutulur: "Ölkədə yüngülləşdirilən karantin rejimi səbəbindən iş yerlərində insanların sosial təmasda olması halları çoxalır. Xüsusi sensorlarla təchiz olunan cihaz, təyin olunan 2 metr sosial məsafə pozulduqda davamlı olaraq siqnal verir. Yaxın zamanda bu cihaz müxtəlif iş yerlərinə təklif olunacaq".

Xəbər lenti
0