CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Apple" gələn ildən kompüterlərinə öz istehsalı olan prosessorları quraşdıracaq

© REUTERS / Mike SegarМагазин Apple в Нью-Йорке
Магазин Apple в Нью-Йорке - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda şirkət "Macintosh" üçün üç müxtəlif prosessor üzərində işləyir. Yeni prosessorlar hazırki "iPhone" və "iPad"-a quraşdırılan prosessorlardan daha sürətlə işləyir.

BAKI, 23 aprel — Sputnik. "Apple" şirkəti 2021-ci ildə bazara öz istehsalı olan prosessorlarla təchiz olunmuş "Macintosh" kompüterlərini çıxaracaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" nəşri vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir.

Hazırda şirkət "Macintosh" üçün üç müxtəlif prosessor üzərində işləyir. Yeni prosessorlar hazırki "iPhone" və "iPad"-a quraşdırılan prosessorlardan daha sürətlə işləyir. "Bloomberg", həmçinin qeyd edir ki, "Apple"-in öz prosessorlarından istifadə etməsi onun gələcəkdə "Intel" prosessorlarından imtina etməsi anlamına gələcək.

Xəbər lenti
0