CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəmizdə internetin sürətinin aşağı düşməsinin səbəbi açıqlandı

CC0 / Burst / internetİnternet, arxiv şəkli
İnternet, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ayaz Kərimov bildirib ki, bu gün distant fəaliyyətə daha çox üstünlük verilməsi müəyyən qədər internetin sürətində problemlərin olmasına səbəb olur

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Dünyanın əksrə ölkələrində SARS-Cov-2-nin yayılması ilə əlaqədar insanların təhlükəsizliyini təmin etmək, COVİD-19-a yoluxma riskini aşağı salmaq məqsəd ilə #evdeqal aksiyasına start verilib. Artıq işçilərin də geniş zolaqlı internet şəbəkəsinə vahid bir nöqtədən deyil, müxtəlif nöqtələrdən qoşulması, internet şəbəkəsinin demək olar ki, bütün evlərə tək-tək paylanması onun sürətinin azalmasına səbəb olub. Bu tendensiyanı bütün dünyada da müşahidə etmək mümkündür. Sppedtest.net-in martın 30-a olan məlumatına görə, 12 həftə öncə ilə müqayisədə bütün dünyada orta hesabla internetin sürəti 47.6 faiz azalıb. Ookla şirkəti tərəfindən aparılan monitorinqlər bu zamanı bu qənaətə gəlinib.

Мужчина в маске перед компьютером - Sputnik Azərbaycan
YAZARLAR
Dəyişən dəyərlər, yeni reallıq və "internet insanı"

Hazırkı şəraitdə isə hər zaman olduğu kimi yenə də Sinqapur internetin sürətinə görə dünyaya liderlik edir. fastmetrics.com-un məlumatına görə, Sinqapurda internetin ortalam endirilmə sürəti 60.39 Mbps-dir. Bu isə o deməkdir ki, 5 GB həcmə malik olan HD formatlı filmin yüklənməsi üçün 11 dəqiqə kifayətdir. Sinqapurdan sonra ikinci yerdə qərarlaşan və ortalama endirmə sürəti 46 Mbps olan İsveçdə isə belə formatlı bir filmin yüklənməsi üçün 14 dəqiqə kifayət edir. İnternetin endirilməsinə görə ortalama sürəti 43.99 Mbps olan Danimarkada isə 15 dəqiqə yarım kifayət edir ki, HD formatlı 5 GB həcmində filmi izləyəsiniz.

Bəs, Azərbaycanda vəziyyət necədir?

Bu gün Azərbaycan internetin sürətinə görə ən qabaqcıl 50 ölkənin siyahısında yer almayıb. speedtest.net-in (https://www.speedtest.net/global-index/azerbaijan) mart ayına olan rəqəmlərinə görə, Azərbaycanda sabit geniş zolaqlı şəbəkədən istifadə zamanı internetdə endirmə sürəti 19.93 Mbps, yeniləmə sürəti 21.54 Mbps-dır. Mobil telefon və planşetlərdə isə bu rəqəmlər müvafiq olaraq 27.05 ilə 14.08 Mbps-dır. Hazırda ölkədə internetə tələbat artsa da, vəziyyət heç də ürəkaçan deyil. Bir çox istifadəçilər də sürətin aşağı olmasından şikayətlənirlər.

Больница, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Qaş düzəldən yerdə..." - İnternetdə koronavirusa qarşı yayılmış məsləhətlər təhlükəlidir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə mediaya açıqlamasında bildirib ki, əldə edilmiş son statistika ölkədə internetdən istifadə edənlərin sayının artdığını göstərir. Eyni zamanda o ölkədə telefon vasitəsilə internetə qoşulanların və internetdə digər tətbiqlərin istifadəsinin də sayının artdığını qeyd edib. Nazir müavininin sözlərinə görə, koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün hazırda ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar videozənglərdən, videokonfranslardan istifadə edənlərin sayı artıb: "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internetdən istifadə edənlərin sayının artması ilə bağlı provayderlərə xüsusi tapşırıqlar verib. Bununla yanaşı, nazirliyin yanında fəaliyyət göstərən bütün qurumlarda növbəli iş rejimi tətbiq edilir. İnformasiya texnologiyaları sahəsində çalışan mütəxəsislər onlayn şəkildə mütəmadi fəaliyyət göstərirlər. Bu işləri həyata keçirməkdə məqsədimiz internetin davamlı və dayanıqlı olmasıdır. Biz internetin istifadəsi ilə bağlı artan tələbatı təmin edəcəyik".

İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Ayaz Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün distant fəaliyyətə daha çox üstünlük verilməsi müəyyən qədər internetin sürətində problemlərin olmasına səbəb olur: "Hazırda mənim istifadə etdiyim internetin endirilmə sürəti 25 Mbps, yeniləmə sürəti isə 20 Mbps-dir. Bu normal bir göstəricidir. Lakin adi, statsionar telefonla qoşulma zamanı isə sürət aşağı olur".

"Yaxşı olardı ki, provayderlər internetin qiymətini aşağı salsınlar", - deyə o əlavə edib.

Xəbər lenti
0