CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq telefonun da termometri olacaq

CC0 / rawpixel / internet phoneQadın telefonla maşında, arxiv şəkli
Qadın telefonla maşında, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Huawei-in flaqman xəttinə daxil P40 smartfonu martın 26-da təqdim olunub. OLED ekran və 5G dəstəkli Kirin 990 çipindən savayı, o, 4 obyektivli, 3D sensorlu kamera ilə təchiz olunub

BAKI, 31 mart — Sputnik. Huawei şirkətinin top meneceri Riçard Yu bildirib ki, P40 Pro+ smartfonu insan bədəninin hərarətini ölçə biləcək.

Sputnik Azərbaycan bildirir ki, Çinin MyDrivers nəşrinin məlumatına görə, bu barədə Yu jurnalistlərlə onlayn sessiya zamanı deyib.

Yu qeyd edib ki, telefon əsas kamerası vasitəsilə temperaturu ölçə biləcək. Məlumatların alınması və emalına xüsusi alqoritm cavabdehdir. Top menecer qeyd edib ki, yeni funksiya dəqiq nəticələri tez əldə etməyə imkan verəcək.

Huawei nümayəndəsi bildirib ki, şirkətin qlobal satışlar üzrə komandası belə yeniliyin tətbiqinə qarşı çıxıb, ancaq Çindəki şirkət öz dediyinin üstündə durub. Riçar Yu həmçinin söz verib ki, yaxın zamanlarda P40 Pro+ sahibinin həyati göstəriciləri və aktivliyi barədə məlumat toplayan proqram tətbiqi də hazırlanacaq. Bu tətbiq ilk növbədə çinli istifadəçilər üçün əlçatan olacaq.

Huawei-in flaqman xəttinə daxil P40 smartfonu martın 26-da təqdim olunub. OLED ekran və 5G dəstəkli Kirin 990 çipindən savayı, o, 4 obyektivli, 3D sensorlu kamera ilə təchiz olunub. Korpusu isə keramikadandır.

Satışa çıxarılan Huawei məhsulalrı Google servislərini dəstəkləmir. 2019-cu ilin mayından şirkət ABŞ-ın sanksiya siyahısına daxil edildiyindən öz telefonlarında YouTube, Google Play və Amerika şirkətinin digər proqramlarından istifadə edə bilmir. Martda məlum olub ki, öz tətbiq mağazasından əlavə, Huawei axtarış sistemini də test edir.

Xəbər lenti
0