CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Windows" əməliyyat sistemində dəyişiklik baş verəcək

© AFP 2023 / Drew Angerer"Microsoft" şirkətinin logosu
Microsoft şirkətinin logosu - Sputnik Azərbaycan
Abunə olmaq
İnsayderlərin sözlərinə görə, şirkət hazırkı elementlərin qeyri-aktuallığı səbəbindən "Start" menyusunu yenidən qurur.

BAKI, 25 fevral — Sputnik. "Microsoft" şirkəti "Windows" əməliyyat sisteminin "Start" menyusunda dəyişiklik edəcək. Sputnik Azərbaycan "Windows Latest" saytına istinadən xəbər verir ki, menyuda "kirəmit" (tile) interfeysi olmayacaq.

Sayta bu barədə şirkətinin planları ilə tanış olan proqramçılar deyiblər.

2012-ci ildə menyuya əlavə edilmiş "kirəmit" interfeysi tez-tez istifadə olunan proqramların və digər elementlərin siyahısı ilə əvəz olunacaq. "Microsoft" şirkətinin planları ilə tanış olan mənbələr "Start" menyusunun dəyişdirilməsinin yaxın bir neçə yeniləmə dövrü üçün planlaşdırıldığını və 2021-ci ildən gec olmayaraq baş verəcəyini bildirib.

İnsayderlərin sözlərinə görə, şirkət hazırkı elementlərin qeyri-aktuallığı səbəbindən menyunu yenidən qurur.

"Kirəmit" elementləri artıq "Windows 10X" əməliyyat sistemindən çıxarılıb.

Xatırladaq ki, "kirəmit" elementləri 2012-ci ildə "Metro" qrafik interfeysi ilə birlikdə "Windows 8" əməliyyat sisteminin menyusuna daxil edilib. Analoji dizayn "Windows 10" əməliyyat sisteminin də "Start" menyusunda istifadə edilib.

Xəbər lenti
0