17:52 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
13 0 0

Fevralın əvvəlində məlum olmuşdu ki, "Windows 10"un KB4532695 yenilənməsi "mavi ölüm ekranı" kimi tanınan kritik sistem xətasına səbəb olur

BAKI, 7 fevral — Sputnik. "Windows 10" istifadəçiləri yenilənmədən sonra kompüterdə internet və səsin itdiyinin şahidi olublar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Windows Latest" yazıb.

Əməliyyat sistemlərinin sahibləri "Microsoft" forumlarında KB4532695 yenilənməsindən sonra problemlərin yarandığını bildiriblər. Onların sözlərinə görə, sistem apdeytindən sonra şəbəkə və ya səs qurğusu ya fasilələrlə işləyib, ya da ümumiyyətlə işləməyib. Sistem fərdi kompüterə qoşulmuş səs kartı və səsgücləndiriciləri "tanımayıb".

İstifadəçilər bildiriblər ki, həm simli, həm də simsiz internetlə problem yaranıb. "Mənim kompüterim Wi-Fi-a optik kabellə birləşib və onun sürəti saniyədə bir meqabitdir, amma dostumun eyni şəbəkəyə qoşulmuş "Android" sistemli qurğusunda hər şey qaydasındadır", - istifadəçilərdən biri yazıb.

"Xətaların avtomatik düzəldilməsi və şəbəkənin əyarlarını ataraq yenidən qoşulma kömək etmir", - əməliyyat sistemini yeniləyən başqa bir istifadəçi yazıb.

"Windows Latest" aydınlaşdırıb ki, problemi həll etməyin yeganə yolu sadəcə bu yenilənməni silməkdir. Bunun üçün "Windows 10"un əyarlarına girərək yenilənmələrin siyahısından KB4532695 yenilənməsini sadəcə silmək lazımdır. 

Fevralın əvvəlində məlum olmuşdu ki, "Windows 10"un KB4532695 yenilənməsi "mavi ölüm ekranı" kimi tanınan kritik sistem xətasına səbəb olur. İstifadəçilərin dediklərinə görə, bəzi hallarda problemi sadəcə kompüteri yenidən işə salmaq, ya da "Windows" sistemini yenidən yazmaqla aradan qaldırmaq olub.

Əlaqədar

Milyardlara insanı gözləyən təhlükə - Başınıza çarə qılın
İctimai yerlərdəki “Wi-Fi”lardan istifadə təhlükəlidirmi - İT mütəxəssisi açıqladı
Bu cihazlar lazımsız əşyaya çevrilib – WhatsApp işləmir

Əsas mövzular