CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Instagram"ın ən bahalı ulduzları bəlli oldu

© AP Photo / Marcio Jose SanchezA journalist makes a video of the Instagram logo
A journalist makes a video of the Instagram logo - Sputnik Azərbaycan
Abunə olmaq
"Instagram"da ən çox gəlir əldə edən ulduzlar sırasında Devid Bekhem və Neymar Jr kimi futbolçular, müğənni Selena Qomes, model Kayli Cennerin də adı var

BAKI, 29 dekabr — Sputnik. 2019-cu ildə "Instagram"da ən çox qazanan adam futbolçu Kriştianu Ronaldu olub.

Sputnik Azərbaycan bildirir ki, sosial şəbəkələrin ən varlı istifadəçilərinin "Buzz Bingo" şirkəti tərəfindən tərtib edilən siyahısı "The Sun"da dərc olunub.

Playboy модель Виктория Одинцова на пит-лейне Формулы-1 в Баку - Sputnik Azərbaycan
İDMAN
"Instagram"ın seks simvolu Ronaldunu cavabsız qoyub

Bildirilir ki, portuqaliyalı idmançının "Instagram" vasitəsilə qazancı 38.2 milyon funt təşkil edib. Ekspertlərin rəyinə görə, onun 1 sponsor paylaşımı orta hesabla 780 min funt dəyərində olub.

İkinci yerdə Ronaldunun futbol sahələrində əzəli rəqibi, argentinalı Lionel Messidir. Bu il "Instagram"da paylaşdığı reklamlar ona 18.7 milyon funt sterlinq gəlir gətirib. 

Gözəl cinsin nümayəndəsi, amerikalı supermodel Kendall Cenner 3-cü pillədə qərarlaşa bilib. Sosial şəbəkə vasitəsi ilə Kendall 12.7 milyon funt qazanıb.

"Instagram" ulduzları sırasında Devid Bekhem və Neymar Jr kimi futbolçular, müğənni Selena Qomes, model Kayli Cennerin də adı var.

Kayli Cenner bu ilin martında öz pullarını sərbəst şəkildə qazanan ən gənc milyarder hesab edilmişdi. Model bnildirmişdi ki, öz sərvətinə görə sosial şəbəkələrə borcludur, çünki biznesini yaratmazdan öncə sosial şəbəkədə xeyli izləyicisi varmış.

Xəbər lenti
0