CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquq müdafiəçiləri Google və Facebook-a müharibə elan ediblər. Rusiya üçün bu yaxşıdır

© AFP 2023 / JUSTIN SULLIVANЛоготип Facebook, фото из архива
Логотип Facebook, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər Amnesty bir anda nəzarət barədə xatırladısa və özünün ədalət qəzəbini Facebook-a tərəf döndərdisə, deməli bu, ABŞ-da siyasi müharibəsinin bir hissəsidir.

İqor Aşmanov, texniki elmlər namizədi

BAKI, 25 noyabr — Sputnik. "Google və Facebook şirkətlərinin biznes modelləri insan hüquqlarını təhdid edir". Məşhur Amnesty International hüquq-müdafiə təşkilatı özünün 60 səhifəlik hesabatında belə yazıb.

"Google və Facebook platformaları ictimai təhlükə yaradır. Bu şirkətlərin izləmə üzərində qurulmuş biznes modelləri insanları "şeytanla sövdələşməyə" getməyə məcbur edir. Onlar sistemə tabe olaraq Şəbəkədə insan kimi haqlarından istifadə edə bilərlər. Bu sistem isə haqların pozulması üzərində qurulub. İlk növbədə söhbət özəl həyata hədsiz müdaxilədən gedir. Buradan ifadə azadlığından tutmuş fikir azadlığı və diskriminasiya olunmamaq hüququ da daxil olmaqla bir sıra digər haqlara ciddi təhlükə olan bəzi yan nəticələr çıxır".

© Facebook / Игорь АшмановИгорь Ашманов
Hüquq müdafiəçiləri Google və Facebook-a müharibə elan ediblər. Rusiya üçün bu yaxşıdır - Sputnik Azərbaycan
Игорь Ашманов

Hesabatda həmçinin göstərilir ki, Google və Facebook istifadəçilərə "pulsuz xidmət" göstərir, lakin bunun qarşılığında "insanlardan öz şəxsi məlumatlarını verməyi tələb edir".

Hesabatın sonunda dövlətlərə və özəl şirkətlərə tövsiyələr verilir. Sözün qısası: məxfiliyə hörmət edilməlidir, dövlət vətəndaşları qorumalıdır, sənayenin özünü tənzimləməsi işləmir, özəl şirkətlər dəmir əllə davranmağa məcbur edilməlidir.

Təəccüblüdür ki, hər zaman dövlətin söz azadlığına təsirinə qarşı mübarizə aparan insan haqları təşkilatı cəsarətlə İnternetin dövlət tənzimləməsini gücləndirməyə, dövlət ekspertlərinin qüvvəsindən istifadə edərək media platformalarının alqoritmləri və kodlarını daim təhlil etməyə, onların inkişafının və daxili siyasətinin auditini keçirməyə və s. kardinal çağırış edir.

“Google” şirkəti - Sputnik Azərbaycan
"Google" etiraf etdi: Danışıqlara qulaq asırıq

Niyə bu qeyri-kommersiya təşkilatının hesabatını müzakirə etməyə dəyər?

Amnesty İnternational həmişə Amerika xüsusi xidmət orqanlarının əlində bir ideoloji əlcək, Greenpeace, WWF və digər "insan hüquqları" və "ekologiya" təşkilatları kimi ABŞ-ın "yumşaq gücü"nün elementi olub. Əgər birdən bu təşkilat ABŞ-dakı İT sənayesinin liderləri ilə mübarizəyə başlayırsa və birbaşa Facebook və Google-a hücum edirsə, bu, həmin təşkilatın rəhbərinin (hesabatı təqdim edən) görmə qabiliyyətinin qəflətən yaxşılaşdığı, maarifləndiyi, təcrübəsinin artdığı, katarsis, satori və s. hər şeyin yaxşılığa doğru çevrildiyi demək deyil.

Məgər o, bir neçə il əvvəl Snoudenin açıqlamalar seriyasını oxumamışdı? Bütün dünyaya MTA və MKİ-nin nəzarət etdiyi, Vault 7-nin sızması ilə bağlı Wikileaks seriyasını oxumamışdı? Əlbəttə, oxumuşdu. Onlar, həmçinin səfirliyə sığınmış və "İsveç fahişələrinə prezervativsiz təcavüz etməkdə" ittiham olunan "Wikileaks"in rəhbəri Assanjın müdafiəsinə qalxmışdılar.

“Google” şirkəti - Sputnik Azərbaycan
Google-u cərimə gözləyir - 700 min

Əslində, Snoudenin 2013-cü ildən bəri verdiyi açıqlamalara da öz hesabatlarının 24-cü səhifəsində istinad edirlər. Ancaq indi göründüyü kimi, 2019-cu ilin sonudur. Bəs onlar əvvəllər harada idilər?

Əgər Amnesty bir anda nəzarət barədə xatırladısa və özünün ədalət qəzəbini Facebook-a tərəf döndərdisə, deməli bu, ABŞ-da siyasi müharibəsinin bir hissəsidir, bu təşkilat da siyasi partiyalardan birinin əlində əlcəkdir. Yəqin ki, Mark Zukerberqin Konqresə və Senata müntəzəm danlanmaq üçün çağırışları nəticə vermir. 

Yəni Amnesty-nin mövqeyi ABŞ isteblişmentinin (çox güman ki, Trampla mübarizə aparan) mövqeyidir .

Burada mahiyyətcə nə demək olar?

Bəli, FB, Instagram, Whatsapp, YouTube, əlbəttə, bütün dünyanı izləyir. Və istifadəçilərin ətrafında "məlumat köpükləri" yaradaraq auditoriyanın diqqətini manipulyasiya edirlər. Bu, on il əvvəldən məlum idi. Bundan əlavə, onlar ABŞ dövlətinin ehtiyacları üçün nəzarətlə məşğul olurlar: 2015-ci il "Azadlıq Aktı"na (keçmiş 2001-ci il tarixli "Vətənpərvərlik Aktı") əsasən bütün istifadəçi məlumatlarını ABŞ xüsusi xidmət orqanlarına təhvil verirlər. Həm də bütün bunlar on ildən çoxdur məlumdur (Snouden və Wikileaks-in sızmalarını, Guardian-dakı nəşrləri və digərlərini xatırlayın).

Dubayda Facebook ofisi, arxiv şəkli - Sputnik Azərbaycan
Şad Xəbər: "Facebook", "Instagram" və "Whatsapp"-la...

Son on ildə bu ABŞ-da çox az adamı narahat etdi. Birdən nə baş verdi?

Budur: əvvəlki iki və ya üç ildə, sosial məkanın yaradıcılarının tamamilə amerikalılar tərəfindən idarə olunmadığı ortaya çıxdı - yəni hələ də Qərb dünyasının əsas dəyərlərindən biri elan edilən söz azadlığı mövcuddur. Bu, son dərəcə gözlənilməz və əlverişsizdir. Xüsusilə ona görə ki, Qərb mediasında çoxdandır bu, belə deyil, orada təmizlik işləri apardılar, jurnalistləri bu sənətdən qovdular, başa düşməyənlərə hər şeyi necə lazımdır izah etdilər. İndi mərkəzi KİV-ə təsirli şəkildə nəzarət edilir, onlar sifariş olunan hər şeyi təbliğ edirlər - LGBT-ni, qlobal istiləşməni, Greta Thunbergi, miqrantların Avropaya qəbulunu, Suriyadakı kimyəvi "hücumlar"ı, rusiyalı hakerləri ™, Hillari Klintonu, Hong Kongdakı etirazları, Harvi Vaynşteynin zülmünü və ümumiyyətlə, aktual siyasi gündəm üçün nə lazımdırsa, hamısını.

Lakin sosial şəbəkələrdəki nəzarətsiz söz azadlığı, o cümlədən ideoloji opponentlər (ruslar, Tramp, türklər, Şimali koreyalılar, venesuelalılar – fərqi yoxdur) və sadəcə razı olmayan kütlələr üçün söz azadlığı artıq Qərb dünyasına və onun flaqmanı olan ABŞ-a sərf etmir. "Yumşaq güc"ün sürətli deqradasiyası və Qərbdə liberalizm ideologiyasının süqutu fonunda böyük əziyyətlə qurulmuş ideoloji maşının müdafiəsi üçün sərt senzura tətbiq olunmağa başlayır.

Dubayda Facebook ofisi, arxiv şəkli - Sputnik Azərbaycan
"Facebook" barəsində təhqiqat başlayıb

Lakin senzuranı birbaşa senzura adlandırmaq olmaz, bu qədimi tabudur, ona görə də adətən digər sözlərdən, evfemizmlərdən istifadə olunur. İlk növbədə bu fake news mövzusudur. Guya onlar efiri korlayırlar və saxtadırlar. Qərb mediası özü saxta məlumatların əsas istehsalçısıdır, yalan xəbər onların metabolizminə daxildir. Yeni fake news termini isə lazımi ideoloji modelə sığışmayan hər şeyə vurulan damğadır. Məhz fake news və rus hakerləri ilə mübarizə bəhanəsi altında Qərbdə senzura media sahəsinin açıq şəkildə idarə olunması tətbiq olunmağa başlayır.

Böyük media quruluşları, internet nəhəngləri ümumiyyətlə ABŞ-ın ideoloji düşmənləri deyillər, onlar özününkülərdir, ABŞ hökumətinə loyaldırlar və bütün dünyaya liberalizm ideologiyasını daşıyanlar və yayanlardır. Onların top menecerləri ABŞ-ın təhlükəsizliklə məşğul olan bütün hökumət strukturlarına daxildirlər, onların Pentaqon, MKİ və MTA ilə çoxlu müqavilələri və birgə startapları var, hər saniyə istifadəçilərin terrabaytlarla məlumatlarını kəşfiyyata ötürürlər və ABŞ-dan xaricdə informasiya hücumlarında iştirak edirlər. Onlar ABŞ-ın strateji silahıdırlar, planetin media məkanında Çin, Rusiya, İran. Suriya, Yəmən, Səudiyyə Ərəbistanı, Türkiyə, KXDR, Venesuela və digərlərinə qarşı yekdil şəkildə, bir mövqedən iştirak edirlər.

Pyotr Poroşenko və Viktor Mujenko - Sputnik Azərbaycan
Baş Qərargah rəisinin "Facebook" hesabını oğurlayıb siyasi bəyanat verdilər

Lakin ABŞ-ın özündə parçalanmadır, ölkə bölünüb. 2016-cı ildə Trampın gözlənilməz "rəqəmsal" qələbəsi (bütün proqnozlar və oflayn sorğuların əleyhinə) və bir ildən sonra bunun təkrarlanmasının mümkünlüyü mübarizəni şiddətləndirir. Ən güclü siyasi təsir aləti kimi "rəqəm" uğrunda mübarizə gedir. Tərəflər bir-birinin yaxasından tutaraq döşəmədə sürüşürlər və ilk olaraq bu tapançaya çatmağa çalışırlar.

Şərti "sukerbrin"lərə təzyiq üçün bəhanə "rusların seçkilərə müdaxiləsi" və fake news oldu. İndi tamamilə əhliləşdirmək məqsədilə FB və Google-a hücum üçün yeni bəhanə (yeni buzz word) tapılıb. Bu "informasiya ilə manipulyasiya" və "özəlliyin pozulması"dır – nə böyük sürpriz.

Media oyunçuları hər şeyi başa düşür və yarınmağa çalışırlar. Onlar artıq özləri müstəqil olaraq (ötən həftə) ip gətiriblər və onu sabunlayıblar: özləri xüsusi xidmətlər üçün interfeyslər yaradıblar. Bu interfeyslər xüsusi xidmətlərə öz qüvvələrilə "seçki barədə yalançı məlumatları" pozmağa imkan verir, yəni ABŞ xüsusi xidmət orqanlarına FB, Twitter və digərlərindən məhkəməsiz, öz istəkləri ilə kontenti birbaşa pozmaq üçün avtomatik imkan yaradıblar. Üstəlik media platformalarının bu kontentə nəzarətə dair məsuliyyəti də artıq olmur.

ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Tramp Ərdoğanın nə istədiyini sosial şəbəkədə yazdı

Lakin görünür məqamın strukturu elədir ki, daha sürətlə qaçmaq lazımdır, vaxt azdır, ona görə də rəqəmsal nəhənglərə təzyiq həmişə artır. Ona görə də "hüquq müdafiəçiləri"ndən də qoşulmağı xahiş ediblər, qəflətən istifadəçilərin hüquqları yada düşüb.

Amnesty International-ın hesabatında bütün hərflər, hətta bəzi sözlər ümumiyyətlə düzgündürlər. Bütün yaxşı şeylər haqqında ümumi sözlər nə qədər də düzgündür. Bunları oxumaq, nəzərə almaq və hətta qismən istifadə etmək olar - lakin onlara bitişik yalan və riyakarlıqdan çirklənməmək üçün ehtiyatla. Və anlamaq lazımdır ki, bunlar bizə ünvanlanmayıb, bu ev münaqişəsidir.

Bizim üçün dərslər nələrdir? Həqiqətən, istifadəçi məlumatlarının sosial şəbəkələrdə, axtarış motorlarında, messencerlərdə, smartfonlarda və küçələrdəki kameralarda toplanması və istifadəsi hələlik boz hüquq zonasında baş verir. Biz bunu əvvəlcədən bilirdik.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti - Sputnik Azərbaycan
Ekspert Kibertəhlükəsizlik üzrə Milli Strategiya barədə: ondan heç kimin xəbəri yoxdur

Üstəlik, vəziyyətimiz ABŞ-dan daha mürəkkəbdir, çünki bizdə olan istifadəçi hesablarının demək olar ki, yarısı daxili İnternet xidmətlərində deyil, ABŞ-dadır. Bu, düşmən tərəfindən izlənmə və manipulyasiya üçün əlavə bir riskdir, çünki ABŞ və onun media nəhəngləri bizim üçün birbaşa ideoloji düşməndir.

Vətəndaşlar özlərini izlənmə, manipulyasiya, məxfiliyin pozulmasından qoruya bilməzlər. Onlarda kifayət qədər anlayış, problemin fərqində olmaq və müdafiə vasitələri yoxdur. Kommersiya şirkətlərinin özlərini məhdudlaşdırmaq üçün heç bir motivasiyası yoxdur, burada Amnesty International tamamilə haqlıdır. Bunu dövlət etməlidir. "Rəqəmsal İqtisadiyyat" proqramında 2020-ci ildə böyük məlumatlar, açıq istifadəçi məlumatları və buna bənzər digərləri haqqında qanunların yaradılması məsələsi təsadüfi qoyulmayıb.

Amerika Birləşmiş Ştatları olmadığımız üçün, xarici media platformalarının təsirini və nəzarətini məhdudlaşdırmağın, onları Rusiya Federasiyasının ortaq qanun məxrəcinə gətirməyin də qayğısına qalmalıyıq.

Əlbəttə, bizim və Qərbin hüquq müdafiəçilərinin paradoksal şəkildə buna qarşı çıxacağını gözləməliyik: çünki Facebook Facebooka ehtiyacı olanındır. Onların nöqteyi-nəzərindən ABŞ-da bu, məhdud olmalıdır (ABŞ hökuməti belə buyurursa), Rusiyada isə yox. Əslində biz bunu artıq görürük: Rusiyada son dövrlər İnternetlə bağlı qanun layihələri, artıq eynilə Amnesty-nin bəzi çox düzgün və qəzəbli tərzini təqlid edircəsinə, mütərəqqi ictimaiyyətimizin qəzəbinə səbəb olur. Yupiterə icazə verilən şey, buğalara olmaz.

İctimai fəal Bəxtiyar Hacıyev - Sputnik Azərbaycan
ABŞ-a kiberhücumun arxasında hansı qüvvə dayanır?

Bizim isə media platformalarının öhdəlikləri və istifadəçilərin məlumatları barədə ABŞ-da dalaşan siyasi qodzillaların siyasi ehtiyaclarının təhrif etmədiyi öz qanunlarımıza ehtiyacımız var.

ABŞ-da ideoloji qarşıdurmanın davam edəcəyini, 2020-ci ildə seçkilərdə pik səviyyəyə çatacağını gözləmək olar, ancaq bundan sonra heç yerə getməyəcək. Orada ölkənin təxminən yarısında parçalanma var. Əgər onlar ABŞ-ın ideologiyası və inkişaf strategiyası barədə bir-biri ilə razılığa gələ bilsələr və sonra tamamilə Facebook və Google-u itaətkar etməyə müvəffəq olsalar, Amnesty İnternational-ın hesabatında təklif olunduğu kimi sosial şəbəkələrin məzmun və alqoritmlərinə xarici əl idarəetməsini tətbiq etsələr, o zaman bizim üçün yalnız daha pis olacaq.

Yaxşısı budur, onlar daha iki-üç dalaşsınlar, bizə bundan artığı lazım deyil.

Xəbər lenti
0