13:03 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
116610

Layihə əməkdaşlara daha çevik iş rejimi verməklə onların yaradıcılığını və məhsuldarlığını artırmağa yönəlib.

BAKI, 5 noyabr — Sputnik. "Microsoft" Yaponiyadakı törəmə şirkətində iş həftəsini dörd günə azaldaraq məhsuldarlıqda 40 faiz artıma nail ola bilib.

Sputnik Azərbaycan texnologiya nəhənginin saytına istinadən xəbər verir ki, keçirilmiş təcrübə çərçivəsində iş həftəsi dörd günədək ixtisar edilib.

Təcrübə "Microsoft"un "İş-Həyat Seçimi Problemi" (Work-Life Choice Challenge) layihəsi çərçivəsində həyata keçirilib. Layihə iş və həyat arasında balansın tədqiq olunmasına və əməkdaşlara daha çevik iş rejimi verməklə onların yaradıcılığını və məhsuldarlığını artırmağa yönəlib.

Avqust ayı ərzində "Microsoft Japan" şirkətinin ofisləri həftənin cümə günləri fəaliyyət göstərməyib. Müşahidələr göstərib ki, nəticədə 2018-ci ilin avqustu ilə müqayisədə məhsuldarlıq 39,9 faiz artıb.

Şirkət həmçinin iclaslara xərclənən vaxtı azaldaraq 30 dəqiqəlik məhdudiyyət qoyub.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Baş naziri Dmitri Medvedev də ölkəsinin dördgünlük iş rejiminə keçə biləcəyini demişdi.

Əsas mövzular