CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi smartfonlarda WhatsApp işləməyəcək

CC0 / Heiko / WhatsappWhatsApp logo
WhatsApp logo - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkətin mütəxəssisləri həmçinin Windows Phone-un bütün versiyalarına dəstəyin dayandırılacağını da bəyan ediblər. Bu, 2019-cu il dekabrın 31-də baş verəcək

BAKI, 1 oktyabr — Sputnik. 2020-ci il fevralın 1-dən etibarən köhnəlmiş əməliyyat sistemelərində WhatsApp işləməyəcək.

Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Instagram və WhatsApp adını dəyişir

Sputnik Azərbaycan bildirir ki, bu barədə şirkətin bloqunda deyilir.

Yenilik həm Android, həm də iOS-un dəstəklədiyi smartfonlarda olacaq: Android 2.3.x (Gingerbread) və 2014-cü ilin iOS 8 sistemində mesencer işləməyəcək.

WhatsApp-dan istifadəni kəsmək istəməyənlər qacetlərini sistemlərin son versiyası ilə yeniləməlidirlər, əgər bu mümkün olmazsa, o zaman yeni telefon almalı olacaqlar. Android 2.3.x (Gingerbread) və iOS 8 əsaslı smartfonlarında yeni hesab yaratmaq, yaxud əvvəl mövcud olanı qeydiyyatdan keçirmək alınmayacaq.

Şirkətin mütəxəssisləri həmçinin Windows Phone-un bütün versiyalarına dəstəyin dayandırılacağını da bəyan ediblər. Bu, 2019-cu il dekabrın 31-də baş verəcək. 

Xəbər lenti
0