CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnternetdəki problem nədən qaynaqlanır - ŞƏRH

© Sputnik / Murad OrujovKompyuter monitorunda apa.az saytına baxan adam
Kompyuter monitorunda apa.az saytına baxan adam - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün yaranmış internetlə bağlı problemin səbəbi bilinmir

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Hazırda ölkə üzrə müxtəlif İP ünvanlarından bəzi saytlara giriş məhdudlaşıb. Bu haqda "Facebook" sosial şəbəkəsində məlumatlar yayılıb. İnformasiya, kommunikasiya və texnologiyalar məsələləri üzər ekspert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışaraq yaranan problemə aydınlıq gətirib: “Mən hələ ki, öz resurslarımızda hansısa problem aşkarlamamışam. Bu ərəfədə bir neçə saytı açmaq cəhdim uğursuz olub. Güman ki, bu məsələ qlobal problemdən qaynaqlanır. Çünki serverləri ölkə daxilində olan resurslar açılır. Dövlət qurumlarının resurslarının əksəri daxildə yerləşir və bu saytlara giriş mümkündür”. 

O.Gündüz problemin mümkün səbəblərindən də söz açıb: “Delta Telekom ilə Azər Telekom bizi qlobal dünya ilə bağlayır. Bu haqda onlarda daha çox yetərli məlumat ola bilər. O, səbəbdən də düşünürəm ki, bu daxili internet problemi ilə bağlı bir məsələ deyil. Ola bilər ki, bu, xarici qlobal serverlərlə bağlı olan bir problemdir”.

"Delta Telecom" ilə əlaqə saxlasaq da, onlar sözügedən məsələ ilə bağlı heç bir problemin olmadığını bildiriblər.

 

 

Xəbər lenti
0