04:47 25 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9338
WhatsApp logo

İnternetsiz WhatsApp istifadə etmək istəyənlər üçün

CC0 / Heiko / Whatsapp
Hi-Tech
Qısa URL
380 0 0

Ehtiyatlı olun, bu əməliyyatdan sonra telefonunuzda internet olmayacaq

BAKI, 6 iyun — Sputnik. Artıq internet olmadan “WhatsApp”-da mesajlaşmaq mümkün olacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Android telefonlarda olan funksiya sayəsində istifadəçilər artıq “WhatsApp”-dan internet olmadan istifadə  edə biləcəklər.

Bunun üçün aşağıdakı təlimata diqqət yetirin:

Əvvəlcə Android cihazından “Parametrlər” hissəsinə daxil olun. Qarşınıza çıxan “Bağlantılar” bölməsinə daxil olaraq “Mobil şəbəkələr” hissəsini seçin.

Burada qarşınıza çıxacaq “Giriş nöqtəsi adları”, daha sonra isə “Əlavə et” bölməsinə daxil olun.

Qarşınıza çıxan ekrandakı boşluqlara aşağıdakıları yazın:

Ad: WhatsApp APN: internet Proxy: 127.0.0.01 Giriş nöqtəsi: 8080

Profili qeyd edin və Giriş nöqtəsi adları hissəsində “WhatsApp”-I seçin.

Bu prosesdən sonra telefonda internet bağlanacaq, ancaq WhatsApp üçün əlavə internet xərci tutulmur.

Əsas mövzular