CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır – Müqayisə

© AFP 2023 / NICOLAS ASFOURIİnternet bağlantı yoxdur
İnternet bağlantı yoxdur - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda 30 manat - 5 mb/s-dir, digər ölkələrdə isə xərc az, sürət daha yüksəkdir

BAKI, 18 may — Sputnik. İnternet və kommunikasiya məsələləri üzrə ekspert Osman Gündüz Azərbaycan və digər ölkələrdə internetin qiyməti və sürəti ilə bağlı müqayisəli nəticəni açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu haqda ekspert "Facebook" statusunda məlumat paylaşıb.

İnternet - Sputnik Azərbaycan
İnternet üçün ödəniş sistemində dəyişiklik edildi

"Regionlarda internetin sürətini və Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mənasız və bəsit tədbirlərini, "startap tender konsorsiumlarını" və festival və şadyanalıqlarını görəndən sonra düşündüm ki, qısa bir araşdırma edim. Sonda isə belə bir nəticə əldə etdim", – deyə ekspert əlavə edib.

Ekspertin hazırladığı nəticə isə aşağıdakı kimidir:

Qazaxıstan: 30-35 manat, 200–500 mb/s (Kaztelekom)

Rusiya (Moskva): 13-15 manat, 200–500 mb/s (Rostelekom)

Gürcüstan: 30 manat, 50 mb/s (Magticom)

Azərbaycan: 30 manat - 5 mb/s (Aztelekom – ADSL, bütün regionlarda ancaq bu texnologiya əlçatandır)

30 manat - 6 mb/s (Baktelecom – ADSL, əsasən Bakı şəhəri və ətraf ərazilər)

26 manat - 25 mb/s (Baktelecom – bu paket həmin məşhur tanınmayan İT şirkətin 14 milyonluq layihəsinin GPON məhsuludur, əhatə dairəsi hələlik qeyri müəyyəndir).

Xəbər lenti
0