12:18 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Wikipedia

Çin dünyanın ən populyar resurslarından birini blokladı

© Sputnik / Murad Orujov
Hi-Tech
Qısa URL
28 0 0

"Vikipediya" Çin ərazisində əlçatmaz hesab edilən saytların böyük siyahısına düşüb

BAKI, 15 may — Sputnik. Onlayn ensiklopediya hesab edilən "Vikipediya" Çin ərazisində bloklanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Vikimedia Fondu məlumat yayıb.

Beləliklə "Vikipediya" Çin ərazisində əlçatmaz hesab edilən saytların böyük siyahısına düşüb. Bununla yanaşı əgər əvvəllər saytların Çin dilindəki versiyası blok edilirdisə, indiki qadağa bütün dillərə şamil edilir.

"Vikimedia Fondu keçən ayın sonunda müəyyən edib ki, "Vikipediya" Çində açılmır. Daxili trafikin təhlili aparılıb və "Vikipediya"nın bütün dillərdə bloklandığı təsdiqini tapıb" - qurumun məlumatında qeyd edilib.

Əsas mövzular