07:11 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
Planşetlə oynayan uşaq

Jurnalist ata "balaca yaramaz"ın əməlinə görə 48 il gözləməli olacaq

CC0 / Stock Snap / Kid
Hi-Tech
Qısa URL
47 0 0

Hadisə üç yaşlı uşağın planşeti dəfələrlə açmağa cəhd etməsindən sonra baş verib

BAKI, 10 aprel — Sputnik. Atasının planşetinə "hücum edən" uşaq onu 50 illiyə bloklayıb. Sputnik Azəbaycan xarici mediaya istinadla xəbər verir ki, hadisə "New Yorker" nəşrinin reportyoru Evan Osnosun başına gəlib və o, bu barədə öz "Twitter" hesabında yazıb.

Hadisə üç yaşlı uşağın planşeti dəfələrlə açmağa cəhd etməsindən sonra baş verib. Osnos bloklanmış "Apple iPad" planşetinin şəklini sosial şəbəkədə paylaşaraq yazıb: "Cihazın ekranından da göründüyü kimi, o, bloklanıb və 25,536 milyon dəqiqədən sonra ona daxil olmaq mümkün olacaq. Bu isə, 48 il edir.

​Osnosun problemin həlli üçün kömək istədiyi sosial şəbəkə istifadəçiləri ona məsləhət görüblər ki, planşetin əməliyyat sistemini yenidən qursun, oradakı məlumatları isə ehtiyat surətlərin köməyi ilə bərpa etsin. Məsləhət verənlər arasında jurnalistə 48 il gözləməyi məsləhət bilərlən də olub.

 

Əlaqədar

“iPad” planşetləri “Viber” messencerini dəstəkləməyə başlayıb
Nazirlik: 2020-ci ilə qədər bütün şagirdlər planşetlə təmin olunacaq
Teqlər:
planşet, ata, uşaq

Əsas mövzular