19:32 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Sosial şəbəkə istifadəçisi, arxiv şəkli

“Facebook”, “Instagram” və “WhatsApp” çökdü

CC0 / USA-Reiseblogger / PS
Hi-Tech
Qısa URL
31 0 0

Analoji problem əsasən ABŞ, Rusiya, Braziliya, Böyük Britaniya, Avstriya və Hollandiyada qeydə alınıb. Ölkəmizdə də bu sosial şəbəkələrin fəaliyyətində problemlər yaşanıb.

BAKI, 14 mart – Sputnik. “Facebook” və “Instagram” sosial şəbəkələrinin fəaliyyətində problemlər yaranıb.

Sputnik Azərbaycan-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dünyanın bir çox ölkəsindən olan sosial şəbəkə istifadəçiləri sözügedən problemlə rastlaşdıqları barədə məlumatlar paylaşıb.

“Facebook”un fəaliyyətindəki problemlər əsasən şəxsi profillərə daxil olmaqla bağlı yaranıb və Bakı vaxtı ilə saat 19:56-da meydana gəlib. Təxminən 35% istifadəçi şəbəkəyə daxil olmaqda, 33% istifadəçi isə şəxsi səhifələrini yeniləməkdə çətinliklərlə üzləşib.

“Instagram”da yaranmış problemlər isə Bakı vaxtı ilə təxminən saat 19:00-a təsadüf edib. Sözügedən problemləri araşdıran Downdetector portalının məlumatına görə, 48% istifadəçinin şikayəti xəbər lentini yeniləməklə, 32% istifadəçinin şikayəti isə şəxsi səhifələrinə daxil olmaqla bağlıdır.

Analoji problem əsasən ABŞ, Rusiya, Braziliya, Böyük Britaniya, Avstriya və Hollandiyada qeydə alınıb. Ölkəmizdə də bu sosial şəbəkələrin fəaliyyətində problemlər yaşanıb.

“Facebook” və “Instagram”dan sonra “WhatsApp”ın işində də problem yaranıb.

Sosial tətbiq istifadəçiləri yazışmalar zamanı foto və səs yazılarının göndərilməsində çətinliklərlə üzləşiblər. 

 

 

 

Əsas mövzular