20:48 18 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9271
İnternet

Hökumət internet istifadəçiləri üçün vacib olan qərarı təsdiqlədi

CC0 / Goumbik / internet
Hi-Tech
Qısa URL
31 0 0

Nazirlər Kabineti “az” domen adlarının qeydiyyatı və istifadəsi qaydalarını təsdiqləyib

BAKI, 1 mart - Sputnik. Nazirlər Kabineti “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nı və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nı təsdiq edib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı” təsdiq olunub.

Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə (Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir.) uyğun edilə bilər.

Əsas mövzular