CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Facebook"la rəqabətə davam gətirməyən sosial şəbəkə bağlanır

© REUTERS / HANNAH MCKAY“Google” şirkəti
“Google” şirkəti - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq fevralın 4-ündən etibarən yeni "Google+" hesablarının açılması dayandırılacaq

BAKI, 2 fevral — Sputnik. "Google" şirkəti "Google+" sosial şəbəkəsinin fəaliyyətini dayandırması ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu məlumatlar "Google+" istifadəçisi olan şəxslərin email ünvanlarına göndərilib.

Şirkətin məlumatına görə, aprelin 2-si tarixində "Google+" fəaliyyətini dayandıracaq. Bu müddətə qədər istifadəçilərdən məzmun olaraq göndərilən foto və videoları yükləmələri xahiş olunur. Qeyd olunur ki, aprel ayından etibarən bir neçə ay müddətində hesabdakı məlumatların silinməsinə başlanılacaq. Məlumatlar silindikdən sonra isə hər hansı yolla onları geri qaytarmaq mümkün olmayacaq.

"Google" bunun səbəbini istifadəçilərin azlığı və onların tələblərinə cavab verə bilməməsi ilə izah edib.

Bundan başqa qeyd olunub ki, artıq fevralın 4-ündən etibarən yeni "Google+" hesablarının açılması dayandırılacaq.

Xəbər lenti
0