17:49 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Whatsapp

"WhatsApp"da silinən mesajlar geri qaytarılır

CC0 / Anton / Whatsapp
Hi-Tech
Qısa URL
128 0 0

Silinən mesajların oxunması üçün "WhatsApp"ın əlavə tətbiqlərinin də olduğu bildirilir

BAKI, 1 fevral — Sputnik. Artıq bir müddətdir ki, "Whatsapp" yazışmalar zamanı bir şəxs tərəfindən göndərilən mesaj oxunmayıbsa, onu silmək üçün imkan mövcuddur. Bir çox hallarda qarşı tərəf silinən mesajın mahiyyətindən xəbərsiz olur. Lakin bu mesajın qutudan silinməsi, heç də hər şeyin sonu demək deyil. Həmin silinmiş mesajın məzmunu ilə tanış olmaq üçün istifadəçi asanlıqla "WhatsApp" proqramını yenidən yükləyərək depolanmış məlumatları əldə edə bilər.

Bundan başqa silinən mesajların oxunması üçün "WhatsApp"ın əlavə tətbiqlərinin də olduğu bildirilir. Lakin bu proqramların nə qədər etibarlı olub-olmaması haqda konkret fikir açıqlanmır.

Əsas mövzular