CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

WhatsApp, Facebook və İnstagram birləşə bilər

Abunə olmaq
Facebook şirkətinin planı sistemin işini yenidən qurmaq və birləşdirməkdir

BAKI, 26 yanvar — Sputnik. WhatsApp, Facebook sosial şəbəkəsi və İnstagram birləşə bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu amerikalı proqramçı, milyarder Mark Tsukerberq planlaşdırır.

Məlumata görə, bu xidmətlərin hamısına nəzarət edən Facebook şirkətinin planı sistemin işini yenidən qurmaq və birləşdirməkdir.

İlkin məlumatlara görə, proqramların birləşdirilməsi layihəsi bu ilin sonunda və ya gələn ilin əvvəlində həyata keçiriləcək.

Birləşmə prosesi başa çatdıqdan sonra istifadəçilər dostlarına fərqli tətbiqlərdən yaza biləcəklər.

Məsələn, İnstagramda hesab sahibi WhatsApp istifadəçisinə hətta sonuncu sosial şəbəkədə olmasa belə, cavab verə bilər.

 

Xəbər lenti
0