23:03 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Facebook Messenger

"Facebook" daha bir möhtəşəm yenilik təqdim edəcək

© AP Photo / Jeff Chiu
Hi-Tech
Qısa URL
75 0 0

Tezliklə çatda göndərilmiş məlumatları silmək mümkün olacaq

BAKI, 11 noyabr — Sputnik. Növbəti "Facebook Messenger" versiyası istifadəçilərə göndərilmiş məlumatları 10 dəqiqə ərzində silməyə imkan verəcək. Bu barədə "AppStore" əlavəsinin saytında deyilir.

Sputnik Azərbaycan "RİA Novosti" resursuna istinadən yazır ki, noyabrın 7-də buraxılan sonuncu "Facebook Messenger 191.0" versiyasının təsvirində tərtibatçılar növbəti yenilənmədə istifadəçiləri göndərilmiş məlumatların ləğv edilməsi imkanı daxil olmaqla çoxlu yeni funksiyalar gözləməsi barədə məlumat veriblər.

Onların sözlərinə görə, tezliklə çatda göndərilmiş məlumatları silmək mümkün olacaq. "İstifadəçilər tərəfindən səhvən fotoşəkil, informasiya və ya bildiriş göndərilən zaman onları göndəriləndən 10 dəqiqə sonra ləğv etmək olacaq", — tərtibatçılar qeyd edib.

Məlumata görə, proqram yenilənməsinin yaxın bir neçə həftə ərzində buraxılacağı qeyd olunsa da, konkret tarix göstərilmir.

Əlaqədar

"Facebook" seçkiyə görə onlarla hesabı bağladı
Facebook 8 milyon 700 min görüntünü sildi
"Facebook Messenger"-də yeni funksiya
“Facebook”-da böyük qalmaqal
"Facebook"dan seçki hazırlığı
Teqlər:
"AppStore", yenilik, Facebook Messenger

Əsas mövzular