CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana daha bir robot gətirilir

© © Пресс-служба Bakutel 2018"Робокипер" (Robokeeper)
Робокипер (Robokeeper) - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın ən sürətli robot qapıçısı “Bakutel” sərgisinə gətiriləcək

BAKI, 8 noyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ən sürətli robot qapıçı Azərbaycana gətiriləcək. Sputnik Azərbaycan-a bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Bildirilib ki, dünyanın ən sürətli robot qapıçısı hesab olunan “Robokeeper”in 4-7 dekabrda Bakıda baş tutacaq “Bakutel - 2018” sərgisində təqdimatı olacaq.

Təqdimat mərasiminə qatılanlar isə robot qapçıya qol vurmaq şansı qazanacaqlar. Belə ki, “Robokeeper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının isə heç bir fərqi yoxdur. 

“Bakutel 2018” sərgi-konfransının açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədən futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Robokeeper”-in qapısına qol vurmağa çalışacaq.

“Bakutel 2018” iştirakçıları “Robokeeper”-ə qol zərbəsi vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr, həmçinin futbol topu hədiyyə ediləcək.

Qeyd edək ki, alman alimlərinin ixtirası olan “Robokeeper” dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər.

Xəbər lenti
0