12:50 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474
Kiberhücum

Hakerlər Azərbaycanın dövlət resurslarına hücum planlaşdırır

© REUTERS / Kacper Pempel
Hi-Tech
Qısa URL
232 0 0

Əvvəlki məlumatlara görə, qrup İraq və Səudiyyə Ərəbistanında hökumət hədəflərinə hücumlar edib

BAKI, 12 oktyabr — Sputnik. Beynəlxalq haker qrupu MuddyWater Azərbaycanın dövlət müəssisələrinin resurslarına hücum etməyi planlaşıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kasperski laboratoriyası məlumat verib.

Əvvəlki məlumatlara görə, qrup İraq və Səudiyyə Ərəbistanında hökumət hədəflərinə hücumlar edib.

Eyni zamanda qrupun fəaliyyətləri Yaxın Şərq ölkələri, Avropa və ABŞ ölkələrinə istiqamətlənib.

Hazırda qrupun İraq və Səudiyyə Ərəbistanında hədəflərə qarşı tədbirləri ilə yanaşı, Türkiyə, İordaniya, Azərbaycan və Pakistan kimi ölkələrin dövlət, hərbi, telekommunikasiya və təhsil müəssisələrinə qarşı genişlənməsi müşahidə edilir.

Bundan başqa MuddyWater qrupu Mali, Rusiya, Avstriya, Bəhreyn və İrana qarşı hücumlar da həyata keçirib.

Kasperski laboratoriyası 2007-ci ildən fəaliyyət göstərən qrupun bu ilin mayından çox aktivləşdiyini vurğulayır və qrup tərəfindən hücumların davam etdiyini deyir.

Əsas mövzular