07:49 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Девушка за компьютером, фото из архива

Bu gün axşam səkkizdə olacaqlardan siz də təsirlənə bilərsiniz

CC BY 2.0 / US Mission Geneva / Girl on computer
Hi-Tech
Qısa URL
412 0 0

Təşkilat operatorlara sonradan yaranacaq problemlərdən və şikayətlərdən uzaq olmaq üçün DNSSEC-ə keçməyi məsləhət görür

BAKI, 11 oktyabr — Sputnik. Adların və nömrələrin təyin edilməsi korporasiyası oktyabrın 11-də yerli vaxtla saat 20:00-da domen adlarının (DNS) təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan kriptoqrafik düymələrin əvəzlənməsi prosesinə başlayacaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qurum sistemdə çatışmazlıqlar müəyyən edib. Məlumata görə, sistemə daxil olan kibercinayətkarlar istifadəçilərin sorğularını öz internet meydanlarına yönəldə bilirlər. DNS Security Extensions (DNSSEC) bu problemi həll etmək üçün nəzərdə tutulub.

Əvvəlcə yenilənmənin 2017-ci ildə başlanacağı planlaşdırılırdı. Lakin hazırlıq prosesində operatorların çoxu hazır olmadığını bilirib. Bu prosedur səkkiz il ərzində ilk dəfə həyata keçiriləcək. Qurumdan bildirilib ki, şifrələmə açarlarının dəyişməsi internetdə problemlə müşayiət olunmayacaq. DNSSEC identifikatorları 750 milyon insana xidmət edir. Ancaq şifrələmə açarının dəyişməsi çox az insan üçün internetdə problem yarada bilər. Təşkilat operatorlara sonradan yaranacaq problemlərdən və şikayətlərdən uzaq olmaq üçün DNSSEC-ə keçməyi məsləhət görür.

Əsas mövzular