CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Facebook"un bu yeniliyi heç də hamının xoşuna gəlməyəcək

© AFP 2023 / Mladen ANTONOVFacebook
Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl faktların yoxlanılması əsasən insanlar tərəfindən mətnlərə tətbiq olunurdu

BAKI, 26 sentyabr — Sputnik. "Facebook" sosial şəbəkəsi foto və videoların həqiqiliyini yoxlamağa başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Facebook İnc"-in məhsullar üzrə meneceri Antoniya Vudford korporativ bloqda yazıb.

Onun sözlərinə görə daha əvvəl faktların yoxlanılması əsasən insanlar tərəfindən mətnlərə tətbiq olunurdu.

Vudford qeyd edib ki, şirkət dezinformasiyaların digər formaları ilə mübarizəyə imkan verən aktiv şəkildə yeni texnologiyalar üzərində işləyir.

Potensial yanlış kontenti müəyyənləşdirmək üçün özünü təkmilləşdirən model hazırlayıb. Onun metodlarından biri sosial şəbəkə istifadəçilərlə əlaqə yaratmaqdır. Bundan sonra isə foto və videolar bu cür materialların vizual olaraq yoxlanılması üzrə ixtisaslaşan "Facebook"un müstəqil tərəfdaşlarına yönəldiləcək.

Xəbər lenti
0