18:18 30 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
55 0 0

“Google” URL-ünvanlardan imtina edə bilər

BAKI, 8 sentyabr — Sputnik. “Google”un mühəndisləri saytların identifikasiyası üçün URL-ünvanlardan imtina etməyə imkan verən yeni üsullar hazırlayır.

AZƏRTAC xəbər verir ki, şirkətin nümayəndələrinin fikrincə URL-ünvanın indiki formatı köhnəlib. Bundan başqa, URL-ünvanlar təhlükəli ola bilər, çünki əksər smartfonlarda onlar tam göstərilmir ki, bu da hakerlərə saytların ünvanını dəyişdirməyə imkan verir. “Google” öz yeni həllini payızda, yaxud 2019-cu ilin əvvəlində nümayiş etdirəcək.

Hazırda “Google Chrome” brauzeri təxminən 2 milyard dəfə yüklənilib, bu halda 1 milyard nəfər hər ay brauzerdən istifadə edir.

“Statcounter”in məlumatına görə, cari ilin avqustunda dünyada “Google” axtarış sisteminin payı 59,69 faiz olub.

Əsas mövzular