CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

WhatsApp yeni məhdudiyyət qoydu

© AFP 2023 / Lionel Bonaventure Логотип мессенджера Whatsapp
Логотип мессенджера Whatsapp - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda yeni funksiya bütün WhatsApp istifadəçiləri üçün keçərlidir

BAKI, 7 avqust — Sputnik. Saxta mesajları, duaları və s. bu kimi mesajları daha WhatsApp-la 5 nəfərdən artıq adama göndərə bilməyəcəksiniz. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, WhatsApp-ın İOS versiyasına önəmli bir dəyişiklik edilib. Belə ki, bundan sonra istifadəçilər mesaj və ya media linklərini 5 nəfərdən artıq adama göndrərə bilməyəcəklər. Mesajlarda istiqamətləndirmə funksiyası da götürülüb.

Proqramın yeni xüsusiyyəti mesajlaşmanın daha çox olduğu Hindistanda test edilib. Çünki WhatsApp-dan yayılan saxta xəbərlər ölkədə bir çox problemlərə səbəb olmuşdu.

Hazırda yeni funksiya bütün WhatsApp istifadəçiləri üçün keçərlidir.

Xəbər lenti
0