CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkədə möhtəşəm yenilik: Facebook bunu da edəcək

© AFP 2023 / Mladen ANTONOVFacebook
Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
Tanışlıq xidmətinə qoşulmaq üçün heç bir tətbi yükləməyə ehtiyac yoxdur.

BAKI, 6 avqust — Sputnik. Facebook 5 cinsin nümayəndələri üçün tanışlıq xidməti təqdim edəcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Facebook sosial şəbəkəsinin istifadəçiləri üçün tanışlıq xidməti yaratmağı düşünür.

Onun fərqlilyi yalnız "tək" və ya "boşanmış" statuslu iki cinsli deyil, 5 cinsdən olan insanlara xidmət etməsi olacaq.

Tanışlıq xidmətinə qoşulmaq üçün heç bir tətbiq yükləməyə ehtiyac yoxdur. Xidmət facebookla qurulur.

Xidmətdən istifadə etmək üçün əsas nüans şəxsi həyatını əks etdirən status paylaşmaq lazımdır. Xidmət münasibəti olan və ya evli olan şəxslərə bağlı olacaq.

Bundan əlavə siz özünüz kiməsə yazmaq üçün seçim edə bilməyəcəksiniz. Xidmət özü yığılan məlumatlar əsasında kiminlə danışmağınıza qərar verəcək.

Ən maraqlısı isə axtarış parametləri olacaq. İstifadəçilərin tanışlıq üçün kişi, qadın, hər iki cinsin transgender nümayəndələri və cinsini müəyyən edə bilməyən insanlarla tanış ola bilmək imkanı qazana biləcək.

Yeni tətbiqin nə zaman istifadəyə veriləcəyi məlum deyil.

Xəbər lenti
0