CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsan kimi danışan və zarafatlaşan robot Bakıya gətirilir - VİDEO

© AFP 2023 / PATRICIA DE MELO MOREIRAЧеловекоподобный робот София, разработанный специалистом фирмы Hanson Robotics Дэвидом Хэнсоном
Человекоподобный робот София, разработанный специалистом фирмы Hanson Robotics Дэвидом Хэнсоном - Sputnik Azərbaycan
Abunə olmaq
Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var

BAKI, 26 iyul — Sputnik. 27-28 oktyabr tarixlərində "Keepface DMCC" və "FA International Trade Events" şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq "Global Influencer Day" tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcək.

Sputnik Azərbaycan Technote-ə istinadən xəbər verir ki, süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılıb. Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var.

Tədbirdə, həmçinin "Google", "Microsoft", "Forbes" və "Instagram" kimi dünyaca məşhur şirkətlərin top "influencer" menecerləri çıxış edəcək.

Növbəti ay ərzində tədbirə əsas spiker olaraq qatılacaq tanınmış simaların adları açıqlanacaq. Təşkilatçı şirkət olan FA International Trade Events-dən əldə edilən məlumata əsasən, tədbirə biletlərin satışı yaxın iki həftə ərzində təqdim olunacaq.

Xəbər lenti
0