09:34 13 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
177 0 0

“VPNFilter” ziyanvericisi yoluxmuş qurğudakı məlumatları filtrləyərək fərdi məlumatların oğurlanmasına gətirib çıxara bilir

BAKI, 25 may — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “VPNFilter” təhlükəsi ilə bağlı xəbərdarlıq edir.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 54 ölkədə ən azı 500 min şəbəkə qurğusuna yoluxmuş ziyanverici proqram olan “VPNFilter” “Linksys”, “MikroTik”, “NETGEAR”, “QNAP NAS” və “TP-Link” marşrutlaşdırıcıları daxil olmaqla ev və kiçik ofislərdəki (SOHO) şəbəkə qurğularını hədəf alıb.

“VPNFilter” ziyanvericisi yoluxmuş qurğudakı məlumatları filtrləyərək fərdi məlumatların oğurlanmasına gətirib çıxara bilir.

Elektron Təhlükəsizlik Xidməti administratorlara və təsirə məruz qalan cihazların sahiblərinə qurğuları ilkin parametrlərinə qaytarmağı (factory reset) və ən son proqram yeniləmələrini endirib tənzimləməyi, istifadə edilmədikdə cihazdakı uzaqdan idarə üçün giriş funksiyasını (remote administrative access) söndürməyi tövsiyə edir.

Teqlər:
fərdi məlumat, Elektron Təhlükəsizlik Xidməti, virus, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Əsas mövzular