11:41 20 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8962
NETTY mükafatı

NETTY-2018 qalibləri müəyyən edir

© Photo: NETTY
Hi-Tech
Qısa URL
38 0 0

NETTY-2018-in qaliblərinin yekun siyahısı 23 may tarixində elan ediləcək

BAKI, 16 may — Sputnik. NETTY milli internet mükafatının iştirakçıları sırasından qaliblərin seçim prosesi başlayıb. 16- 22 may tarixində müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyəti (münsiflər heyəti yalnız "Virtual Münsiflər Heyətinin Seçimi" nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.

NETTY-2018-in qaliblərinin yekun siyahısı 23 may tarixində elan ediləcək. 

Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq NETTY Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək. Həmin dövrdə, həmçinin müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə səsvermə keçiriləcək.

NETTY-2018 qalibləri rəsmi olaraq mükafatlandırmanın təntənəli mərasimində elan edilirlər. Mərasimə mükafatın bütün nominantları dəvət edilir. Tədbirin keçirilmə tarixi və yeri haqqında əlavə olaraq bildiriləcək.

İnternet-istifadəçilərin "Ən yaxşı Azərbaycan onlayn-video layihəsi" kateqoriyasında nominantların seçiminə təsir etmək imkanı var. Xoşunuza gəlmiş layihəni "Layk" ilə https://www.netty.az/bestonlinevideo dəstəkləmək olar.

Müsabiqə çərçivəsində bütün səsvermələr və seçimlər 22 may tarixində başa çatacaq.

Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlərin adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

Müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Mükafatın baş partnyoru – “NAR”, Qızıl partnyoru — AzInTelecom şirkətinin Data Mərkəzidir. 

Şirkət-distribütor “Mi Mobile” şirkəti, “Carlsberg Azerbaijan” şirkəti, “BakuTel” sərgisi, “SmartHost” şirkəti, operator “KATV1”, “Golden Pay” şirkəti, “DEJURE” layihəsi, “Renley.az” veb-agentliyi mükafatın partnyorları qismində çıxış edir.

Layihənin informasiya partnyorları: “Infocity” jurnalı, CBC televiziya kanalı, Sputnik.az, Oxu.az, Media.az, Salamnews.org.

Xatırladaq ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır.

Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.

Qeyd edək ki, Sputnik Azərbaycan mükafatın informasiya tərəfdaşıdır.

Əlaqədar

NETTY-nin partnyorları müsabiqə qaliblərini mükafatlandıracaqlar
NETTY 2018 ərizələrin qəbulunu davam edır
NETTY 2018 İnternet Mükafatı iştirakçılara müraciət etdi
Ekspert: “NETTY” Azərbaycanda İT sahəsində ən yaxşı layihələri qiymətləndirir”
Sputnik Azərbaycan NETTY Milli internet mükafatının qalibi oldu
Teqlər:
NETTY-2018, NETTY mükafatı, nominasiya, mükafat, Sputnik Azərbaycan, müsabiqə, qalib

Əsas mövzular