06:18 19 İyul 2018
Canlı yayım
  • RUB0.0271
  • USD1.7000
  • EUR1.9794
Facebook, illüstrasiya

"Facebook"dan möhtəşəm yenilik

© REUTERS / Dado Ruvic
Hi-Tech
Qısa URL
85 0 0

Kompaniya mesajların silinməsi proqramını bir neçə aya tətbiq etməyi planlaşdırır

BAKI, 7 aprel — Sputnik. "Facebook" bütün istifadəçilərə özlərini Mark Zukerberq kimi hiss etmək imkanı verəcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sosial şəbəkədə bütün istifadəçilər üçün "unsend" düyməsi yaradacaq.

Bu barədə "TechCrunch" kompaniyasının əməkdaşı məlumat verib. Onun sözlərinə görə, mesencerin şifrəli versiyasından istifadə edən istifadəçilər zamanlayıcı vasitəsilə ilə mesajların silinmə zamanını müəyyən edə bilirlər. Bundan sonra mesajlar müəyyən edilən zamanda silinəcək. Əməkdaş qeyd edib ki, kompaniya mesajların silinməsi proqramını bir neçə aya tətbiq etməyi planlaşdırır.

"Facebook" administrasiyası aprelin 6-da xəbər verib ki, korporativ təhlükəsizlik baxımından şirkətin yaradıcısı Mark Zukerberqin istifadəçilərlə yazışmalardakı mesajını silib. Qeyd edək ki, adətən istifadəçilər öz mesajlarını silə bilirlər. Ancaq bu, digər istifadəçinin çatında qalır.

Teqlər:
yeni funksiya, istifadəçi, Facebook, Mark Zukerberq

Əsas mövzular