04:38 25 Aprel 2018
Canlı yayım
Facebook, illüstrasiya

"Facebook" etiraf etdi…

© REUTERS / Dado Ruvic
Hi-Tech
Qısa URL
55 0 0

Xatırladaq ki, daha əvvəl 50 milyon istifadəçi məlumatlarından söhbət gedirdi

BAKI, 5 aprel — Sputnik. "Facebook" 90 milyon istifadəçi məlumatlarının sızmasını etriaf edib.

Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadla xəbər verir. "Siyasi məsləhətləşmələr üzrə ixtisaslaşmış "Cambridge Analytica" şirkəti 87 milyon facebook istifadəçisinin məlumatlarını yığa bilərdi. Bu ehtimal istisna olunmur" — deyə sosial şəbəkənin texniki direktoru Mayk Şrepfer bildirib.

Bildirilir ki, ABŞ, Filippin, İndoneziya, Böyük Britaniya, Meksika, Kanada, Hindistan, Braziliya, Vyetnam və Avstraliyadan olan sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarına qeyri-qanuni şəkildə toxunulub.

Xatırladaq ki, daha əvvəl 50 milyon istifadəçinin məlumatlarından söhbət gedirdi.

Hesab edilir ki, "Cambridge Analytica" cəmiyyətin düşüncələrinə təsir etmək məqsədilə şəxsi məlumatlar toplayıb.

İnformasiyaların 2016-cı ildə prezident seçkiləri kampaniyaları və Böyük Britaniyanın Avropa İttifaqından çıxması referendumu zamanı istifadə edildiyi istisna edilmir.

Anket üçün məlumatların toplanması üçüncü tərəfin ərizəsi ilə reallaşıb. "Facebook" bildirib ki, aprelin 4-dən etibarən üçüncü tərəfin ərizələrinin informasiya istifadəçilərinə çıxışışına məhdududiyyət qoyulacaq.

Əlaqədar

"Facebook"dan Azərbaycana və daha 3 ölkəyə yönəlik radikal qərar
"Facebook" istifadəçilər qarşısında geri çəkildi
"Facebook" trilyonlarla dollar cərimə ödəyə bilər
"Facebook"un sahibindən qalmaqallı etiraf

Əsas mövzular